Əməliyyatdan sonra 35 kq arıqladı - FOTO

Əməkdar artist Nahidə Orucovanın hər gün daha da arıqlaması təəccübləndirir.

Axsam.az-a istinadən bildirir ki, aktrisanın sosial şəbəkədə paylaşdığı fotolarına izləyiciləri suallar ünvanlayıb. Onlar Orucovanın bu qədər arıqlamasının səbəbini soruşublar.

N.Orucova "Yalnız mədəkiçiltmə əməliyyatı ilə arıqlamaq mümkündür. Başqa yolu yoxdur" deyə, cavab verib.

Qeyd edək ki, 57 yaşlı aktrisa əməliyyatdan əvvəl 115 kiloqram olub. O, daha sonra 6 aya 35 kiloqram çəki atdığını bildirib. Nahidə ötən il əməliyyat etdirmişdi.

Saglamolun.Az