Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri. Resept

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır.

Tanınmış israilli həkim-naturopat Meira Avraami uzun illər ərzində müxtəlif xalqlara aid olan qədimi tibbi tarktatları araşdırır. Doktor Avraaminin sözlərinə görə, o, 200-dən (!) artıq “əbədi cavanlıq resepti”ni aşkar edib və onların orqanizmə olan təsirini araşdırıb.

Saglamolun.az xarici KİV-lərinə istinadla xəbər verir ki, həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfildir.

Doktor Avraami oxucuları onun fikrinə görə ən faydalı “cavanlıq resepti”ndən biri ilə tanış edib.

Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur.

Qarışığı hər gün fasiləsiz qəbul edə bilərsiniz.

Həkimin sözlərinə görə, bu qarışıq ürək-damar və immun sistemi və həmçinin qaraciyər üçün olduqca faydalıdır, insult və infarktın riskini azaldır, dərinin və saçların vəziyyətinə çox yaxşı təsir edir.   


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

 


Яндекс.Метрика