Bakının mərkəzində baş verən partlayışda yaralananın SON DURUMU

Yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan xəstənin vəziyyəti çox ağırdır.

Bu barədə Trend.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, Respublika Yanıq Mərkəzinə yerləşdirilən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 fazi yanıb. L.Bayramova xəstənin vəziyyətinin ağır olaraq qaldığını qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Saglamolun.Az