Baş beyin şişinin ilkin əlamətləri

Hər bir beyin şişi xərçəng deyil! Beyin şişləri xoş xassəli və ya bəd xassəli ola bilər.

Xoş xassəli beyin şişlərində xərçəng hüceyrələri yoxdur.

Beyin şişlərinin müalicəsi (mümkün olduğu hallarda) cərrahiyyədir və xoş xassəli beyin şişləri tam çıxarıldıqdan sonra nadir hallarda təkrarlanır. Çox nadir hallarda xoş xassəli beyin şişləri zamanla bəd xassəli şişlərə çevrilə bilər.

Bəd xassəli beyin şişlərində xərçəng hüceyrələri var.

Malign beyin şişləri (bədxassəli) adətən daha təhlükəli olur və çox vaxt ciddi bir həyati təhlükədir. Bəd xassəli şişlər sürətlə inkişaf edir və ətraflarında sağlam toxumalara yayılırlar.

Əgər bəd xassəli beyin şişləri çıxarıla bilən nahiyyələrdə olursa cərrahiyyə əməliyyatı icra olunur və əməliyyatdan sonra şüa və chemoterapiya aparılır. Bütün bu tədbirlərə baxmayaraq bedxasseli beyin şişləri yenidən inkişaf edirlər.

Bədxassəli beyin şişlərində aparılan beyin əməliyyatlarının məqsədi pasientin keyfiyyətli həyatının uzaldılmasıdır.Bu səbəbdən beyin cərrahiyyəsində bədxassəli beyin şişlərində kobud əlilliyə səbəb olan radikallığa gedilmir.

Beyin şişlərinin əlamətləri:

- Səhər saatlarında baş ağrısı şiddətlənir. Şiddətlənmiş baş ağrısı ürək bulanma və qusma ilə müşayət olunur. Bir neçə saatdan sonra isə baş ağrıların azalması müşahidə olunur. Bu əlamətlər kəllə daxili təzyiqin artması hesabına baş verir və beyin şişlərin ilkin xəbərdaredici əlaməti ola bilir.

- Ayaq üsdə durduqda və ya gəzinti zamanı müvazinətin pozulması. Gəzərkən hər hansi bir tərəfə sağa və ya sola bədənin çəkməsi.

- Görmədə və danışmada pozğunluq şişin beyinin müvafiq nahiyyələrinə təzyiqi nəticəsində yaşanan problemlər.

- Yaddaş problemləri.

- Əzələlərdə səyirmə, gərilmə, spazmlar və ya qıcolmalar.

- Qol və ayaqlarda uyuşma və qarışqa gəzmə hissi.

- Beyin şişi böyüdükcə ətrafdakı toxumalara təzyiq edir və huşun dərinləşməsi ola bilir, daimi yuxululuq, halsızlıq müşahidə olunur.

- Əzələlərdə yaşanan titrəmələr adətən qol və ayaqlarda görülür.

Beyin şişlərinin diaqnostik üsulları:

1. Fiziki müayinə

2. Nevroloji Müayinə

3. Kompyuter tomoqrafiya (KT)

4. MRT

5. Angiografiya

6. Biopsiya

Əgər yuxarıda qeyd etdiyimiz şikayətlər sizi narahat edirsə vaxtında həkim müayinəsindən keçməyiniz vacibdir! Hər vaxtında qoyulan diaqnoz həyat qurtarır!

.

DR. BƏHRUZ EYVAZOV,
Neyrocərrah

 

 

 

.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика