Saglamolun.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, Özbəkistanda bədənindən 13 tikiş iynəsi çıxarılan 11 aylıq uşaq xəstəxanada öldü.
Uşaq bir neçə gün əvvəl yüksək hərarət və pnevmoniya ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı məlum olub ki, körpənin bədənində 16 ədəd dəmir iynə var. Analizlər göstərib ki, bu iynələr uşağın bədəninə 1,5 ay bundan əvvəl düşüb.
9 saat davam edən mürəkkəb əməliyyat nəticəsində körpənin bədənindən 13 iynə çıxarılıb. Həkimlər qalan iynələri daha sonra xaric etməyi planlaşdırırdı. Lakin yanvarın 24-ü körpə xəstəxananın reanimasiya bölməsində öldü.
Həkimlərin fikrinə görə, uşaq bu iynələri uda bilməzdi və onları körpənin bədəninə kim isə yeridib.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Saglamolun.Az