Загрузка...

Arıqlamaq istəyirsən? - Onda oxu!

"Kökəlmisən" - bu söz dünya əhalisinin böyük bir hissəsi üçün söyüşdən betər kəlməyə çevrilib.

Neçə milyon insan arıqlamaq üçün idman salonlarına, dietoloqlara pul xərcləyir. Ancaq heç fərqinə varmırıq ki, sadəcə həyat tərzimizi bir az dəyişdirərək də arıqlaya bilərik. Bu, bir az uzunmüddətli olsa da, elə ən sağlamıdır.

Lent.az xəbər verir ki, soyuducunuzu elə boşaldın ki, açanda yeməyə bir şey tapmayıb bağlayasınız. Yemək vaxtından əlavə yediniz hər şey sizə "düşməndir". Onun əvəzinə su için.

- Deməyə ehtiyac yoxdur, amma yenə də yada salaq: içki, çörək və şirniyyatlardan uzaq durun.

- Axşamlar daha tez yatmağa çalışın.

- Səhər yeməyinizi mütləq yeyin. Bu, sizə gün ərzində itirməli olduğunuz enerjini verəcək və günorta yeməyinə qədər çox acmayacaqsınız.

- Günorta vaxtlarında iştahanız açılıbsa, sevdiyiniz mahnılara qulaq asın. Araşdırmalar göstərib ki, musiqi dinləyəndə də sevdiyiniz bir yeməyi yeyəndə də beyninizin eyni hissəsinə siqnal ötürülür.

- Doyunca yatın. Yuxunun az olması iştah hormonun daha çox ifrazına səbəb olur. 

- Yaşıl çay için. Araşdırmalara görə, yaşıl çay içmək bədəndəki kalorilərin yanmasında çox vacibdir. Gündə 3 fincan yaşıl çay için.

- Yediniz yeməyə fikrinizi cəmləşdirin. Ayaqüstə dayanarkən, kitab oxuyarkən, film izləyərkən, ya da e-maillərinizə cavab verərkən yemək yeməyin.

- Gündə ən azı 30 dəqiqə açıq havada gəzməyə çalışın.

- Sağlam qidalara üstünlük verin. Fast-fuddan tam imtina edin.

- Özünüzü çox yormayın. Pəhriz vaxtı 1200 kaloridən düşməməyə meyil edin.

- Lift əvəzinə pilləkənlərdən istifadə edin.

- İplə hoppanmaq da yaxşı idmandır. Həm də o biri idman hərəkətlərindən daha asan və əyləncəlidir.

- Tez-tez, amma az-az yeyin.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика