Bakı şəhərinin Səbail rayonunda “Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazilriyindən məlumat verilib.
“Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir”, - məlumatda bildirilir.
Saglamolun.Az