Загрузка...

Həkimlər ÇÖP və çöpçülər haqqında nə fikirləşir?

 

Çöpçülərin gördüyü işin elmi əsası var, amma onların çoxu fırıldaqçılardır.

“Çöpçü”lər ağızdan və burundan üfürməklə həmin qalığı təmizləyə bilir. Valideynlər isə başa düşmür ki, bu zaman “çöpçü”də olan bütün infeksion xəstəliklər uşağa da keçir

Pediatr Vaqif Qarayev özünün feysbuk hesabında "çöp” mövzusuna toxunub. Bu məsələni yenidən gündəmə gətirən həkim valideynlərə tövsiyə edir ki, onları çöpçüyə yönləndirən həkimin diplomunu cırıb atsınlar: "Bütün normal doğulan uşaqların burun-udlağı anatomik baxımdan eyni quruluşdadı... Nə üçün çöp ancaq bizim uşaqlarda olur? Rusda, çukçada, ingilisdə olmur?!”.

Sherg.az xəbər verir ki, V.Qarayev çöpçüdən sonra uşaq anadangəlmə oldu deyənlərə əks arqument kimi minlərlə misal göstərə biləcəyini deyib. Onun sözlərinə görə, üfürülən zaman infeksiya uşağın vəziyyətini daha da ağırlaşdıra bilir: "Hətta ölüm halları da görmüşəm”.

Həqiqətən çöp qalması mümkün deyil? Bəs, uşaqların burnunda qalan, onları narahat edən nədir?
Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov burunda yox, boğazda "çöp” qaldığını deyib. Onun sözlərinə görə, insanların "çöp” dediyi şey əslində yediyimiz yeməklərin qalıqlarıdır.

Əgər uşaqda narahatlıq varsa, ya boğazı ağrıyır, ya da burunda rinit var. Həkimin sözlərinə görə, udlaq taxta şəkilli olduğu üçün qəbul edilən qida orada qala bilir. Amma diqqət etmisinizsə, yaşlı insanlar heç vaxt çöp qalmağından şikayət etmir. Çünki biz böyüklər bu problemi asanlıqla - öskürərək və ya asqıraraq aradan qaldırırıq.

Uşaq isə bunu bacarmır deyə, həmin qida mütləq həkim müdaxiləsi ilə çıxarılmalıdır. Boğaz nahiyəsində qalmış həmin qidanı pediatr və ya digər həkimlər gözlə görə bilməz. Buna yalnız lor həkimləri xüsusi aparatla baxmalıdır. Çöpçüyə inanmayan bəzi valideynlər də uşaqlarını pediatr yanına aparır. Həkim də sağ olsun, iynə-dərman yazır. Amma bir boğazda ki, qida qalıb, onu ordan çıxartmadan heç bir dərman təsir etməz.

Udlaqda qalan qida qalıqlarının uşaqda qızdırma və halsızlıq verdiyini qeyd edən R.Mahmudov deyib ki, "çöpçü”lər ağızdan və burundan üfürməklə həmin qalığı təmizləyə bilir. Valideynlər isə başa düşmür ki, bu zaman "çöpçü”də olan bütün infeksion xəstəliklər uşağa da keçir. Bu çox biabırçı tendensiyadır, təəssüf ki, qarşısını almaq mümkün olmur.

Çöpçülərin yalan danışdığını vurğulayan həkim deyib ki, çöpçüyə inanmaqdansa, həkimə müraciət etmək ən doğru seçimdir: "Boğazdakı badamcıqları iltihablaşan kimi qida hissələri ora toplanır. Bədəncə qüvvəli olan uşaqlarda çöp qalmır.

Ümumiyyətlə, insanda 3 orqanın quruluşu anatomik cəhətdən tam təkmilləşməyib. Bunlardan birincisi göz yuvasıdır. Göz yuvası silindrik, oval və bəzi insanlarda dairəvi şəkildə olur. Bu, doğuş zamanı formalaşır. İkincisi, böyrəkdir, əgər böyrək ləyəni bir balaca maili yerləşsə idi, o ləyəndə, su, duz qalmaz, daş da əmələ gəlməzdi. Üçüncüsü isə udlaqdır. Udlağın arxa hissəsində iti bucaq şəklində hissə var ki, nəsə udulanda, ən çox da uşaqlarda baş verir ki, qida gedib o hissədə qalır. Qida orda qaldıqda isə çürümə gedir.

Qida çürüdükcə uşaqlarda müxtəlif narahatlıqlar, qızdırma, qarın ağrısı olur və s. Çöpçülərin gördüyü işin isə elmi əsası olsa da, onların çoxu fırıldaqçıdır. Onların çoxu deyir ki, uşağın boğazından hansısa meyvənin tumunu çıxardım. Əslində, orada qalan tum yox, qida qalığıdır ki, o da orada çürüyür. Hər hansı narahatlıq olarkən valideynlər ilk növbədə qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər. Həkim xüsusi alətlərlə yoxlamalar aparıb qida qalığını aşkarlaya, lazım olarsa, onu adi liqolla təmizləyə də bilər”.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Leyla Məmmədli

Leyla Məmmədli

Ginekologiya

Mama-ginekoloq İş stajı - 11 il

Ətraflı...
Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика