Fransisko 1904-cü ilin 13 dekabrında Bienvenida şəhərciyində doğulub.
O, ispan-fransız-mərakeş müharibəsinin iştirakçısıdır, həmçinin vətəndaş müharibəsinə də şahidlik edib.
Publika.az 2017-ci ilin avqust ayında Yer kürəsinin ən yaşlı insanlarından biri kimi qeydə alınan Fransisko Nunyes haqda yazını təqdim edir:
Fransiskonun 4 övladı, 10 nəvəsi, 15 nəticəsi olub. 1988-ci ildə həyat yoldaşını itirib, dul qalan Fransiskonun bir neçə ildən sonra iki övladı da dünyasını dəyişir.
Bugün Fransiskon 81 yaşlı qızı Mariya ilı birgə yaşayır. Səhərini tort yeyib, ad gününü qeyd etməyə başlayan ən yaşlı planetli, daha sonra dünyanın dörd bir yanından gələn təbrik açıqçalarını oxumağa başlayır.
O deyir ki, dünyanın ən uzunömürlü sakini olmaqdan çox məmnundur. “Özünü necə hiss edirsən?” sualına isə hər zaman “yaşım çoxdur, həddindən artıq yaşayıram” cavabını verir. Bəs daha neçə il yaşamaq istərdin? Deyəndə isə, “Hələ bir neçə il də yaşammaq arzusundayam” deyir.
Gələk əsas məsələyə... Fransisko uzunömürlüyünün səbəbini belə izah edir:” Xəstəxanada cəmi 3 dəfə olmuşam. 90 yaşımda böyrəyimi götürüblər, 98 yaşımda ürək əməliyyatı keçirmişəm. 108 yaşımda isə sidik kisəsində infeksiya tapıldığı üçün müalicə almışam. Bundan əlavə narahatlığım olmayıb”.
Bugün Fransisko əlil arabasında gəzir, bir qulağı eşitmə qabiliyyətini itirib. Bəzən təzyiq problemi də yaşayır. Lakin qocanın ümumi vəziyyəti stabildir.
Ümumiyyətlə, ispanlar dünyanən ən uzunömürlü xalqıdır. Bunu çox vaxt Aralıq dənizi pəhrizi və həyat tərzlərilə əlaqələndirirlər.Onu da qeyd edək ki, Avropanın ən yaşlı qadını da İspaniyada yaşayır. Planetin anası bugünlərdə 116 yaşını qeyd edib. İspanlar sağlamlıqlarının əsas səbəbini əmək və keyfiyyətli qırmızı şərabda görürlər.
Saglamolun.Az