Загрузка...

Xardal kağızlarının (qorçiçnik) istifadəsi. FAYDALI MƏLUMAT!

Xardal kağızları tibdə müxtəlif xəstəliklər və pozulmalar zamanı istifadə olunur.

Xardal kağızları damarları genişləndirir, yerli qan dövranı gücləndirir, orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, toxumalarda mübadilə proseslərini stimullaşdırır, bəlğəmin çıxmasını asanlaşdırır.

Xardal kağızları bu kimi hallarda istifadə oluna bilər:

- öskürək (həm quru, həm nəm), bronxit, plevrit, pnevmoniya

- osteoxondroz

- miozit (əzələ iltihabı)

- mialgiya (əzələ ağrısı)

- nevralgiya (sinirin zədələnməsi)

- yumşaq tozumaların travma nəticəsində əzilməsi

- lümbaqo, işias

- baş ağrıları

- hipertoniya

Xardal kağızları necə qoyulur? Xardal qağızı ilıq suya salınır və dəriyə qoyulur. Üzərinə dəsmal qoyulur. Xardal kağızı 10-15 dəqiqə ərzində (xəstənin dərisinin həssaslığından asılıdır) dəridə qalmalı, daha sonra kağız götürülməli və dəri su ilə yuyulmalıdır.

Hər 2-3 dəqiqədən bir xəstənin dərisinin vəziyyətinə nəzarət etmək lazımdır ki, yanıq əmələ gəlməsin. Əgər dəri çox qızarıbsa, xəstəni güclü yanma hissi, ağrı narahat edirsə, xardal kağızı dərhal götürülməlidir.

Xardal kağızları gündə 1 dəfə olmaqla 5-7 gün əzrində qoymaq olar.

Xardal kağızlarından lazım olan müalicəvi effekt almaq üçün onları hər xəstəlik zamanı müəyyən yerlərə qoymaq lazımdır:

- Yuxarı tənəffüs yolları iltihabları zamanı (angina, laringit, faringit) xardal kağızları döş qəfəsinə, baldırlara və dabanlara qoyulur.

- Bronxit, öskürək, plevrit, pnevmoniya zamanı xardal kağızları bel nahiyəsinə (kürəklər arasında və altında) və döş qəfəsinə qoyulur (ürək, süd vəziləri və onurğa sütunu nahiyəsinə qoymaq olmaz).

- Soyuqdəymənin ilk simptomlarında xardal kağızları yatmazdan əvvəl ayaqların alt hissəsinə qoyulmaq, ayaqları pambıq parça ilə sarımaq və isti corab geyinmək lazımdır. Bu sadə üsulla siz özünüzü soyuqdəymənin inkişafından xilas edə bilərsiniz. Bu üsul həmçinin zökəm zamanı çox effektlidir. Zökəm zamanı xardal kağızları burnun üzərinə qoymaq olmaz - bu burun qanaxmasına səbəb ola bilər

- Baş ağrıları zamanı xardal kağızları boyunun arxa hissəsinə qoyulur.

- Yüksək arterial təzyiq zamanı xardal kağızları baldırlara qoymaq lazımdır.

- Nevralgiya, osteoxondroz, miozit, mialgiya, lümbaqo, işias, bağların dartılması zamanı xardal kağızları bilavasitə ağrıyan yerə qoyulur.

Xardal kağızları bu kimi hallarda istifadə etmək olmaz:

- yüksək hərarət (37 C-dən yuxarı)

- astma

- xardala qarşı allergiya

- xardal kağızı qoyulan yerdə yaralar, dəri xəstəlikləri (neyrodermit, psoriaz, ekzema və s.) olduqda

- vərəm

- şiş xəstəlikləri zamanı.

Hamiləlik zamanı xardal kağızlarından adətən istifadə olunmur.

Uşaqlara xardal kağızları qoyduqda diqqətli olun. Uşaqların dərisi çox nazikdir və xardal kağızı yanığa səbəb ola bilər. 2 yaşına kimi xardal kağızlarından istifadə olunmur.

Xardal kağızı uşaqlarda bilavasitə dəriyə qoyulmur, kağızla bədən arasında pambıq parça qoyulmalıdır. Xardal kağızı kiçik yaşlı uşaqlara 2-3 dəqiqə ərzində, 8-12 yaş arası uşaqlarda 5-6 dəqiqə ərzində bədəndə qala bilər.

Xardal kağızları müalicəvi vasitədir. Bu səbəbdən bu vasitədən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика