Xalq artistinin ayaqları tutuldu - FOTO

Xalq artisti, teatr və kino aktrisası Safura İbrahimovanın səhhətində problem yaranıb.

O, bu haqda Milli.Az-a açıqlama verib:

"Səhhətim yaxşı deyil, ayaqlarım tutulub. Ev şəraitində iynə dərmanla müalicə olunuram. Güc-bəla ilə durub gəzirəm, yoruluram. Heç halım yoxdur ki, telefon zənglərinə cavab verim.

Baxmayaraq ki, sabah ad günümdür. Heç ad günü abu-havasında da deyiləm. İstəmirəm kimsə məni təbrik etsin" - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisanın sabah 78 yaşı tamam olur.

Saglamolun.Az