Rusiyanın Buryatiya respublikasında həkimlər 74 yaşlı qadının mədəsində 150-dən çox metal əşya aşkar edib.
Ürəklə bağlı problemə görə xəstəxanaya yerləşdirilən qadına hərarətin səbəbsiz düşməməsi üçün əlavə olaraq qida borusu və mədənin müayinəsi təyin olunub.
Müayinə zamanı məlum olub ki, qadının mədəsi metaldan olan müxtəlif əşyalarla doludur.
Əməliyyat zamanı qadının mədəsindən 152 mismar, bolt. qayka və hətta armatur parçaları çıxarılıb. Maraqlıdır ki, qadının qida borusu və mədəsinin selikli qişaları tam sağlam idi.
Həkimlərin fikrinə görə, yaşlı qadın "allotriofagiya" adlı pozulmadan əziyyət çəkin. Bu pozulması olan insanlar yeməli olmayan müxtəlif şeyləri udur.
Saglamolun.Az