Загрузка...

Ürək nevrozu. Simptomları və müalicəsi

Ürək çox həssas orqandır. İstənilən stress, həyəcan ürəyin fəaliyyətinə təsir edir - ürək döyünməsi artır, ürəyin ritmi dəyişilir.

İnsan tez-tez streslərə məruz qaldıqda, ürək döyünməsi tutmaşəkilli xarakter ala bilər. Bu ürək nevrozunun inkişafından xəbər verir.

Ürək nevrozu ümumi nevrozun fonunda inkişaf edir. Nevrozun səbəbi xroniki stresdir. Stress orqanizmin təbii müdafiə reaksiyasıdır. Stress zamanı qan dövranı sürətlənir, ürəkdöyünməsi artır. Orqanizm qaçmağa, özünü müdafiə etməyə hazır olur. Bu vəziyyətdə ürək həddindən artıq yükləmələrə məruz qalır. Stressiz yaşamaq mümkün deyil. Lakin belə vəziyyətlər tez-tez yarandıqda, ürəyin fəaliyyətində artıq pozulmalar əmələ gəlməyə başlayır. Bu pozulmalar ölüm qorxusu, güclü həyacan, təşvişlə müşayiət olunur. Bütün bunlar ürək nevrozu (kardiofobiya) xəstəliyinin simptomlarıdır.

Ürək nevrozu daha tez-tez cavan insanlarda və klimaks dövründə olan qadınlarda (hormonal fonun dəyişilməsinə görə) müşahidə olunur. Bu çox yayılmış pozulmadır.

Bir çox hallarda bu xəstəlik uşaqlıq düvründə həddindən artıq əzizlənən, ərköyün böyüyən insanlarda inkişaf edir.

Ürək nevrozu özünü müxtəlif simptomlarla büruzə verir. Lakin bir xüsusiyyət oxşardır - tutma zamanı insan həqiqətən özünü çox pis hiss edir, ürək nahiyəsində güclü ağrılar olur.

Ürək nevrozu simptomları arasında:

- tezləşmiş ürək döyünməsi

- arterial təzyiqinin artması

- ürək nahiyəsində sancılar və ya sızıldayan ağrılar

- nəfəsalmanın çətinləşməsi

- tərləmənin artması

- yuxu pozulmaları

- zəiflik

- ürək fəaliyyətində pozulmalar

- ətrafların keyiməsi

- baş gicəllənməsi.

Ürək nevrozu olan insanlar tez-tez ürəyin "dayanmasını" hiss edir, ürək gah tez-tez, gah da yavaş-yavaş vurur. Bu onları narahat edir, qorxuzur.

Tutmaların səbəbi həyəcan, stress ola bilər. Lakin bəzən tutmalar səbəbsiz də inkişaf edir. Tutma zamanı ürək dərmanları kömək etmir. Tutma bir neçə dəqiqədən bir neçə saata kimi davam edə bilər.

Ürək nevrozu insanın həyatı üçün təhlükə yaratmasa da, mütləq müalicə olunmalıdır. Onun əsas müalicə üsulu psixoterapiya sayılır. Psixoterapevtik müalicədən əlavə xəstəyə trankvilizatorlar, beta-blokatorlar təyin oluna bilər.

Xəstə streslərdən uzaq olmalı, idmanlar məşğul olmalıdır, düzgün qidalanmalıdır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /314

Яндекс.Метрика