İsveç alimləri belə nəticəyə gəliblər ki, milyonlarla hamilələrə və ağır menstruasiyalardan əziyyət çəkən qadınlara təyin olunan dəmir preparatları bağırsaq xərçənginin inkişafına səbəb ola bilər.
Saglamolun.az xəbər verir ki, bunu Chalmers University of Technology alimləri aşkar edib.
Alimlərin fikrinə görə, belə həblərin tərkibində olan dəmir sitratı maddəsinin hətta cüzi miqdarı orqanizmdə bağırsaq xərçəngi ilə bağlı olan zülalların səviyyəsini qaldırır.
Dəmir preparatların bağırsaq xərçəngi ilə əlaqəsi 2 il bundan əvvəl digər araşdırma zamanı da aşkar olunub.
Dəmir preparatları bütün dünyada dəmirdefisitli anemiyadan əziyyət çəkən insanlara təyin olunur. Anemiya əsasən qadınlar (hamiləlik dövründə, ağır menstrual qanaxmalar zamanı) və uşaqlar arasında qeyd olunur, kişilərə bu diaqnoz nadir hallarda qoyulur.
Saglamolun.Az