Vacib imtahandan əvvəl nə yemək lazımdır? 4 faydalı məhsul

Bilirik ki, yaxşı qidalanmaq bizə enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağımızı da təmin edir.

Bəs hansı qidaların və içkilərin beyninizə yaxşı təsir etdiyini və bir imtahanda uğurlu olmağınıza kömək edəcəyini bilirsinizmi?

Yaşıl çay

Əsas tərkib: Polifenol

Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir

Yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir. Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur.

Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

Yumurta

Əsas tərkib: Kolin

Faydası: Yaddaşı inkişaf etdirir

B vitamini oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. Yumurta sarısı isə ən zəngin təbii kolin qaynaqları arasında yer alır.

Qoz, fındıq, badam

Əsas tərkib: Omega – 3 yağlı turşular

Faydası: Beyin funksiyalarında yaxşılaşma

Omega–3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur. Tərkibində Omega-3 olan qidalarla zəngin bəslənmək beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir.

Qara şokalad

Əsas tərkib: Flavonoid və kofein

Faydası: Fokuslanma və konsentrasiya

Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir. Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir. 

Lakin həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin. (bağçam.az)

Saglamolun.Az

............




Загрузка...
loading...

 

 

Bel və oynaqlarda ağrılar var? - AERTAL kremi
Загрузка...

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Həcər Hüseynova

Həcər Hüseynova

Ginekologiya

Mama-ginekoloq Əmək stajı - 11 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика