İranda ZƏLZƏLƏ - Hamilə qadın həyacan keçirərək öldü: 117 yaralı var

İranda zəlzələ baş verib.

Report.az xəbər veirr ki, İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mürtəza Salimin sözlərinə görə, zəlzələ Tehran, Əlborz, Qəzvin, Qum, Gilan və mərkəz əyalətlərində qeydə alınıb.

Hamilə qadın zəlzələ zamanı güclü həyacan keçirərək ölüb.

Qəza-xilasetmə xidmətinin nümayəndəsi Müctəba Xalid, zəlzələ nəticəsində 2 nəfərin öldüyünü, 117 şəxsin yaralandığını deyib.

Xatırladaq ki, dekabrın 20-də Tehranın şimal-qərbində Kərəc şəhərinin 17 kilometrliyində 5,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı yerin 7 km dərinliyində yerləşib.

Saglamolun.Az