Xərçəng hüceyrələrinin yayılmasına səbəb olan QİDALAR

ABŞ alimləri xərçəng hüceyrələrinin böyüməyini stimullaşdıran qidaları araşdırıblar.

Saglamolun.az Medical Xpress portalına istinadən xəbər verir ki, onkoloqların fikrinə görə bu yağlı qidalardır. Mütəxəssislər piyləri xərçəng hüceyrələri üçün "ideal qida" adlandırıblar. 

Xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.

Digər tərəfdən çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir.

Mütəxəssislər xəbərdarlıq edir ki, insan nə qədər çox yağlı yeməkləri yeyir və çəkisini artırırsa bədxassəli hüceyrələrin də orqanizm boyu yayılması prosesi sürətlənir.

Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, yağlı qidalarla zəngin olan qidalanma xərçəngin risk faktoru sayıla bilər.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...