Həkimlər xəstəyə şok yaşatdılar: Biri ayağını kəsdi, digəri tikdi – VİDEO

 

İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyəsindən kəsilib.

Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsiblər. Sol ayağının əsas hissəsini itirən oğlanın təkidi ilə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. Səkkiz saatdan sonra o, ikinci əməliyyata girib.

Xəzər TV-nin məlumatına görə, ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsi ilə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 santimetrə yaxın qısalma yaranıb.

Artıq evə buraxılan xəstə, bir il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalı idi. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası hətta səkkiz saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика