Arı sancmasına yaxşı təsir edən təbii vasitələr. Bal arı sancmasına qarşı...

Yay mövsümündə çoxlarının üzləşdiyi və narahatlıq yaradan problemlərdən biri də arı sancmalarıdır.

Bu zaman ağrını və şişkinliyi aradan qaldırmağın bir çox yolları mövcuddur. Bəzi təbii vasitələr arı sancmaları zamanı əmələ gələn şişkinliyin aradan qaldırılmasında olduqca təsirlidir.

Arı sancmalarında hər hansı prosedurun tətbiqindən əvvəl həmin bölgəni sabun və bol su ilə yumaq önəmlidir. Bu sayədə infeksiyaya səbəb ola biləcək bakteriyalar həmin bölgədən uzaqlaşdırılır. Sonra isə aşağıda təqdim etdiyimiz təbii üsullardan istifadə edilir...

Sarımsaq

Olduqca populyar olan bu üsul xüsusilə ağrının keçməsini təmin edir. Bir diş sarımsağı əzin və arının sancdığı yerə sürtün.

Lavanda yağı

Lavanda yağı arının zəhərinin yox edilməsində olduqca təsirlidir.

Karbonat su

Karbonat və suyu qarışdırıb əldə etdiyiniz məcunu arının sancdığı bölgəyə sürtün.

Soğan

Soğanı ortadan kəsin və sulu iç qismini arının sancdığı bölgəyə sürtün.

Bal

Arı sancmasına yaxşı təsir edən vasitələrdən biri də baldır. Nə qədər qəribə olsa da, bu həqiqətdir. Bal demək olar ki, hər cür sağlamlıq problemində ən təsirli yardımçı vasitədir. Balı arının sancdığı bölgəyə sürtün. Necə təsir etdiyinin şahidi olacaqsınız.

Cəfəri

Bir neçə cəfəri zolağını doğrayın və sulu halı ilə yaranın üstünə sürtün.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

 


Яндекс.Метрика