Çində Xu adlı qadın iki ildir gözləri ilə bağlı əziyyət çəkirdi. O, uzun müddət sonra həkimə müraciət etmək qərarına gəlib.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, onu müayinə edən həkimlər təəccübləniblər. Belə ki, onun hər bir gözündə 100 dənəyə qədər mayt adı verilən həşərat yaşayırmış.
Buna səbəb isə onun 5 ildir yastıq üzünü dəyişməməsidir. 2012-ci ildən eyni yastıq üzünə başını qoyan qadın pintilikdən bu hala gəlib.
Həkimlər bildirib ki, bir müddətlik müalicədən sonra həşəratlar onun gözündən yox olacaqlar. Onlar insaları daha təmizkar olmağa, vaxtlı-vaxtında yataq dəstlərini dəyişməyə çağırıblar.
Saglamolun.Az