Aktyor Tərlan Nur Yaşar Türkiyədə əməliyyat olunub.
Axşam.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb.
Xəbərdə bildirilib ki, 7 ildir şəkər xəstəliyindən əziyyət çəkən Tərlan Samsunda əməliyyat keçirib:
"Tərlan iki qapalı metobalik əməliyyat keçirib. Aktyor yüksək dozada insulin istifadə edirdi. İndi insulini atıb Azərbaycana qayıdır".
Aktyor daha sağlam bir həyata başladığını bildirib: "Əməliyyatla məni ailəmə, sənətimə bağışladılar. Bundan sonra daha sağlam bir həyat tərzim olacağına inanııram. Sağlamlığıma sahib olub, sənətimi davam etdirəcəyim üçün çox xoşbəxtəm".
Saglamolun.Az