Tanınmış rusiyalı kardioloq Yuriy Belenkovun sözlərinə görə, yuxarı göstəricisi 150 mm c.st qədər olan təzyiqi normallaşdırmaq üçün yalnız 3 sadə qaydaya riayət etmək lazımdır.
Saglamolun.az bildirir ki, ilk növbədə ziyanlı vərdişlərdən (spirtli içkilərin qəbulu və siqaret çəkmək) imtina edilməlidir.
İkinci qayda - duzun istehlakını minimuma çatdırmaq lazımdır. Şorabalar, sosis-kolbasa, konserv, hisə verilmiş məhsullar, fast-fud kimi qidalar qidalanmadan tam çıxarılmalıdır. Bu məhsullar duzla xüsusilə zəngindir. Yeməklərə daha az miqdarda duz əlavə olunmalıdır.
Üçüncü qayda fiziki aktivliyinin artmasıdır. Hipodinamiya (fiziki aktivliyinin az olması) artıq çəki və təzyqin qalxmasının əsas səbəblərindən biridir.
Həkim qeyd edib ki, insanların əksəriyyəti bu qaydalara əməl etməklə təzyiqini dərmansız normaya sala bilərlər.
Lakin Belenkov onu da vurğulayıb ki, təzyiq müntəzəm olaraq 150 mm c.st-dan yuxarı qalxırsa dərmanların istifadəsi mütləqdir. Təzyiq dərmanları hər insana individual olaraq həkim tərəfindən seçilir.
Saglamolun.Az