Zəli son illərdə populyarlığı artan alternativ müalicə üsullarından biridir. Zəlilər təxminən 3000 ildir müalicə üsulu kimi istifadə olunur.
Zəlinin dəri üçün faydaları nələrdir?
Zəli qan udmaq üçün quyruğunda və başında əmzikləri olan bir məxluqdur. Zəli öz ağırlığından 8 dəfə çox qan udmaq qabiliyyətinə malikdir. Zəlidən müalicə vasitəsi kimi istifadə tarixi qədim Misir dövrünə gedib çıxır.
Zəli terapiyası bədənin diskomfort olan nahiyələrinə qoyulan zəlilərlə aparılır. Zəlilər xəstələnmiş nahiyədə qan əmərkən ifraz etdikləri maye ilə xəstəliyin müalicəsinə kömək edir.
Zəlinin ifrazında qanın laxtalanmasının qarşısını alan, ağrıları aradan qaldıran, əzələləri rahatlaşdıran, immun sistemini gücləndirən, antibakterial xüsusiyyətlərə malik fermentlər var. Zəli terapiyası xüsusilə dəri sağlamlığına müsbət təsir göstərir.
Zəlinin dəriyə faydalarını aşağıdakı kimi sıralamaq olar:
- Zəli üzdəki dəri ləkələrini aradan qaldırır
- Qara nöqtə problemini yox edir
- Dəridəki qırışları hamarlayır
- Dəridə qan axını təmin edir
- Hüceyrələrin bərpasını təmin edir
- Dəridəki fiziki ağrıları rahatladır
- Bədəndəki iltihabı və infeksiyaları yox edir
- Dəridəki qırmızı ləkələri aradan qaldırmağa kömək edir
- Bu varislərin keçməsinə kömək edir.
- Zəli terapiyası dəridəki hər cür günəş ləkələri və sızanaq ləkələrində təsirlidir.
- Dərinin regenerasiyasını, dərinin rənginin ağardılmasına müsbət təsir göstərir
Zəli terapiyası kimlərə tövsiyə olunur?
Aşağıdakı xəstəliklər üçün zəli terapiyasının istifadəsi tövsiyə olunur.
- panik atak müalicəsi
- depressiya müalicəsi
- varikoz damarlarının müalicəsi
- dərinin cavanlaşması müalicəsi
- ekzemanın, sızanaqların və sedef xəstəliyinin müalicəsi
- yaşlanma əleyhinə müalicələr
- baş ağrısı və miqren müalicəsi
- şəkərli diabetin yaratdığı yaraların müalicəs
- damar tıkanıklığının müalicəsi
- boyun yırtığı və ağrıları
- bel yırtığı və ağrıları
- impotensiya
- diz ağrısı
- sinir xəstəlikləri
- sinir köklərinin iltihabının müalicəsi
- hemoroid (babasil) müalicəsi
- cərrahi çapıqlar və çapıqların müalicəsi
- selülit müalicəsi
- döş kist və mastit müalicəsi
- böyrək iltihabı
- böyrək daşı və böyrək qumu problemləri
- metabolik xəstəliklər
- öd daşları, öd kisəsinin iltihabı
- revmatik xəstəliklərin müalicəsi
- tiroid müalicəsi
- gut və podaqra müalicəsi
Qeyd: Zəli terapiyası mütəxəssis həkim tərəfindən tətbiq edilməlidir. Zəlinin düzgün tətbiq edilməməsi sinir və limfa zədələnməsindən tutmuş infeksiya və yoluxucu xəstəliklərə qədər bir çox ciddi xəstəliklərə səbəb ola bilər.
medicalmedia.az
Saglamolun.Az