“Yeraltı təkanların episentri Ağdam ərazisində - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km təşkil edib”.
Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.
“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bal olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevir, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, - deyə Q.Yetirmişli bildirib.
Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.
Saglamolun.Az