Bakıda televizor körpənin üzərinə aşdı

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Report.az xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun üzərinə aşıb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Saglamolun.Az