Ər-arvad xəyanətinin aşkar edilməsində ixtisaslaşmış Avstraliyanın “Lipstick Investigations” şirkətinin direktoru Devid Kinq xəyanətin əsas əlamətlərini sadalayıb.
Publika.az bildirir ki, əsasən kişinin qadına xəyanətinin psixoloq tərəfindən açıqlanan əlamətləri “Daily Mail” nəşrində dərc olunub.
“Bir qayda olaraq, qadına xəyanət edən kişi özünə xüsusi diqqət ayırmağa başlayır. Tez-tez üzünü qırxır, qarderobu və ətriyyatı dəyişir. Vaxtının çox hissəsini smartfonla keçirir, qeyri-adi ismarışları gizlədir. Smartfona girişi parolla bloklayır və həyat yoldaşına bildirmir”, - Devid Kinq izah edir.
"Əgər bir insan günahkardırsa, o zaman o, yersiz qəzəblənir. Ərlər evdən çıxmaq üçün belə priyomdan tez-tez istifadə edirlər”, - Kinq qeyd edir. Ekspertin fikrincə, ərin bu cür davranışını rasional adlandırmaq çətindir, bu, daha çox xəyanət simptomlarıdır.
Məlumat üçün bildirək ki, Kinqin başçılıq etdiyi şirkət 20 ildir ər-arvad xəyanətinin aşkar edilməsi ilə məşğul olur. Onlar öz qənaətlərinin düz olmasını dəfələrlə keçirilən müşahidələr və ya gizli kameraların köməyi ilə izləmə nəticəsində isbat ediblər.
Saglamolun.Az