''Adaptr'', ''zaryatka'', ''maus'', ''praqnoz'' kimi sözlərin azərbaycanca qarşılığı tapılıb.
Təklif edilir ki, ''praqnoz'' sözü ''öncəgörmə'' , ''maus'' sözü bələdçi, ''adaptr'' və ''zaryatka'' sözləri isə ''yükləyici'' və ''yükləmə'' sözləri ilə əvəz edilsin. Bu sözlərin bəziləri artıq təsdiqdə edilib.
Xezerxeber.az bildirir ki, ''adapter'' , ''zaryadka'' və ''kserekopiya'' kimi sözlərin Azərbaycanca qarşılığı təsdiq edilib.
Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
Bundan başqa ''Proqnoz'' sözünün ''öncəgörmə'', ''Maus'' sözünün isə ''bələdçi'' sözləri ilə əvəz edilməsi təklif edilir.
Cəmiyyətdə bu sözlərin Azərbaycanca qarşılığına münasibət isə birmənalı deyil.
Bundan başaq "embarqo" sözü - "qadağa", "kserokopiya" - "üzçıxarma", "konsensus" - "yekdillik", "mesaj" sözünün qarşılığı kimi "ismarıc" sözü təsdiq edilib. Sayalı Sadıqovun sözlərinə görə, əgər ''proqnoz'' sözünün qarşılığı kimi ''öncəgörmə'' sözü təsdiqlənərsə, Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun adına da dəyişiklik edilməlidir.
this\n \n\n
Saglamolun.Az