Valideynlərin diqqətinə! Uşaqlarda D vitamininin çatışmazlığı bu pozulmalara yol açır

Kalsium-fosfor mübadiləsində mühüm rol oynayan və sümüklərin möhkəmliyi üçün çox vacib olan D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur.

Vitamin D çatışmazlığı aşağıdakı səbəblərdən yarana bilər:

- Qidada D vitamininin çatışmazlığı.

Ana südü uşaq üçün əvəzedilməz qida olmasına baxmayaraq, onun tərkibində D vitamini gündəlik normadan azdır. Buna görə də ana südü ilə qidalanan uşaqlar mütləq profilaktik olaraq D vitamini almalıdır. İnək südündə vit D daha azdır. Buna görə süni qidaya keçirilən uşaq uyğunlaşdırılmış süni qida almalıdır , bu qidaların tərkibində D vitamininin miqdarı gündəlik normaya uyğundur. 

- Ana və uşağın açıq havada, günəş şüaları altında az olması.

- Malabsorbsiya (bağırsaqlardan yağ mənimsənilməsi pozulan uşaqlar, tez-tez ishalı olan uşaqlar).

- Vaxtından əvvəl doğulanlar.

- Qıcolma əleyhinə preparatların qəbulu.

- D vitamininin aktiv metabolitlərə çevrilməsinin pozulması (xroniki qaraciyər və böyrək xəstəlikləri)  və s.

D vitamini çatışmazlığı ilə bağlı raxitə ən çox 3 ay - 2 yaş arasında rast gəlinir. Vaxtından əvvəl doğulanlarda daha erkən də başlaya bilər. Vitamin D günəş şüalarının təsirilə dəridə əmələ gəlir, qaraciyər və böyrəkdə dəyişikliyə uğrayıb aktiv formaya çevrilərək  bir çox funksiyaları yerinə yetirir.  

Vitamin D çatışmadıqda aşağıdakı hallar baş verir:

- Kalsium, fosforun və maqnezium bağırsaqdan sorulması pozulur.

- Kalsium və fosforun sümük toxumasında çökməsi pozulur, nəticədə müxtəlif sümük deformasiyalarına (aşağı ətraflarda, diz və baldır oynağında əyilmələrə, onurğa sütununda kifoz, skolioza və s.) səbəb olur.

- D vitamini çatışmazlığı 1-3 aylıq uşaqlarda oyanıqlığın artması ilə özünü göstərir: uşaq ağlayır, narahat olur, hər səsdən diksinir, pis yatır, çox tərləyir; başını balışa sürtməkdən ənsə nahiyəsində tükü tökülür; daha sonra ləngimə prosesi üstünlük təşkil edir. Eyni zamanda, belə uşaqlarda əzələ zəifliyi  üstünlük təşkil edir. Bundan başqa, D vitamini immunmodulyator təsir göstərir. Ona görə də raxit vaxtında profilaktika və müalicə olunmazsa nəinki sümük əyriliklərinə, həm də daxili orqanların xəstəliyinə, anemiyaya, tez-tez xəstələnməyə səbəb olur.

Bütün bunların qarşısını almaq üçün vaxtında raxitin profilaktikası və müalicəsi aparılmalıdır:

Profilaktika doğuşa qədər və doğuşdan sonra aparılır, qeyri-spesifik və spesifik olur. Doğuşa qədər qeyri-spesifik profilaktika hamilə qadınlarda aparılmalıdır. Hamilə qadın gündüzlər təmiz havada olmalı, tam dəyərli, keyfiyyətli, zülali maddələr, vitaminlər, kalsium, fosfor və başqa mikroelementlərlə zəngin qida ilə qidalanmalı, toksikozu və hər hansı bir xəstəliyi olduqda müalicə olunmalıdır. Lazım olduqda spesifik müalicə də almalıdır.

Doğulduqdan sonra uşağa düzgün qulluq və rejim, o cümlədən,  gündüzlər açıq havada çox olmaq, günəş vannaları qəbul etmək, vaxtında korreksiya olunan təbii qidalanma və raxitin spesifik profilaktikası (yəni D vitamininin təyini) aparılmalıdır.

Onu da qeyd edim ki, bu gün üşaqlardan danışdıq. Amma böyüklər və yaşlılarda da D vitamininin catışmazlığı müxtəlif problemlərin yaranmasına gətirib çıxarır.

Ona görə hər bir kəs qanda D vitamininin səviyyəsini yoxlatmalı və müvafiq müalicə almalıdır. Yadda saxlamalıyıq ki, ən yaxşı müalicə profilaktikadır!

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az, www.btk.az

http://saglamolun.az/index.php/ozel-klinikalar/983-bioloji-tebabet-klinikasi.html

 

 

.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

 


Яндекс.Метрика