Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
Unutmayın ki, hər bir ağır xəstəlik yüngül əlamətlərlə başlayır. Buna görə də heç bir xəstəliyə və xəstəlik əlamətinə biganə yanaşılmamalıdır.
XXI əsrdə təbabətin sürətlə inkişaf etməsinə baxmayaraq, bir sıra xəstəliklərdən azad olsaq da, çoxlarımız xroniki xəstəliklərdən, metabolik pozulmalardan, müxtəlif sinir və ürək-damar sistemi xəstəliklərindən, xroniki yorğunluq sindromundan əziyyət çəkirik.
Bütün bunlar öz növbəsində alternativ, daha mülayim müalicə metodlarının araşdırılaraq axtarılmasına gətirib çıxarır.
Bioloji tənzimləyici təbabət qədim şərq təbabətinə əsaslanan, dahi alman alimləri tərəfindən təkmilləşdirilən və müasir təbabətin tələblərinə uyğunlaşdırılan müalicə üsullarından ibarətdir.
Bioloji tənzimləyici təbabət:
- xəstəliyi deyil, xəstəni müalicə edir, hər bir simptomun mənşəyi axtarılır;
- müalicə fərdi olaraq seçilir - hər bir xəstəyə individual yanaşılır;
- müalicədə yalnız Almaniyada istehsal olunmuş təbii tərkibli, xüsusi texnologiyalarla hazırlanmış bitki və heyvan mənşəli dərman preparatlarından istifadə edilir;
- müalicə zamanı digər orqan və toxumalar zədələnmir, müalicənin təsiri uzunmüddətli və effektli olur.
Bu gün bioloji tənzimləyici təbabət dünyanın ən inkişaf etmiş ölkələrində müvəffəqiyyətlə istifadə olunur, mərkəzi isə Almaniyada yerləşir.
Bioloji mualicə metodlarına əsaslanan "BİOLOJİ TƏBABƏT" klinikası Bakıda 2009-cu ilin fevral ayından etibarən fəaliyyət göstərir. Klinikada Almaniyada təşkil olunmuş, beynəlxalq homotoksikologiya kurslarını bitirmiş yüksək ixtisaslı həkimlər fəaliyyət göstərir.
Müayinələr:
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi(osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- BRD (biorezonans diaqnostika) vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ - beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR - laboratoriya aparatı vasitəsi ilə dəqiq və keyfiyyətli analizlər
- Elektromioqrafiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır
Artıq BİOLOJİ TƏBABƏT klinikasında bu kimi xəstəliklər və pozulmalar uğurla müalicə olunur:
- hormonal asılılıq,
- psoriaz,
- artroz,
- bronxial astma,
- miqren,
- qırmızı qurdeşənəyi,
- trofik yara,
- qeyri-spesifik xoralı kolit,
- xroniki yorğunluq sindromu,
- fibromialgiya,
- allergik xəstəliklər,
- yaşlanma ilə əlaqədar müxtəlif degenerativ xəstəliklər,
- uşaqlıq mioması
- müxtəlif metabolik və digər xroniki xəstəliklər.
“BiolojiTəbabət”klinikası (Almaniya- Azərbaycan)
Azərbaycanda eksklüziv nümayəndə İKŞ "Planeta"
3-cü mkr. Cavadxan küç., 24 (“Memar Əcəmi” metro stansiyasının yaxınlığı)
Tel.:(012) 430 89 89, (012) 430 30 10, (070) 430 89 89, (050) 430 89 89, (055) 430 89 89
Facebook: Fb.com/bioloji.tababat
E-mail:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Həkim-narkoloq Yazıçı, Dünya Xalqları Yazıçılar Birliyinin üzvü Əmək stajı - 35 il
Ətraflı...
Şərhlər