"İtciyəz"dir, zəhərləyir - 10 DƏRDƏ isə ÇARƏDİR - Sehirli bitki haqqında maraqlı faktlar

Dünya florasmm tərkibində Keçiqulağı fəsiləsinə 220-yə qədər cins və 3000-ə qədər növ daxil olub dünyanın əksər yerlərinə yayılmışlar. Fəsiləyə daxil olan cinslərdən biri də qurdotu (kətəncə) hesab edilir. Qurdotu cinsi özündə 150-yə qədər növü birləşdirərək Avropa ölkələri ərazilərində, Orta Aralıq dənizi ətrafmda, Asiya, Amerika qitələrinin ərazilərində təsadüf edilir. Cinsin Qafqazda 26, o cümlədən Azərbaycanda 17 növü yayılmışdır. Bu növlərdən xalq təbabətində istifadə olunanı — Adi qurdotu — Linaria vulqaris hesab edilir. 

Bitkinin çiçəkləri itin sifətini xatırlatdığına görə buna "itciyəz" adı verilib. Müalicə məqsədləri üçün bitkinin çiçək və ot hissəsindən istifadə edirlər.

Çiçəklərinin tərkibində boyaq piqmenti-antoxlor maddəsi tapılmışdır. Azərbaycanda yayılan 17 növ kətəncə bitkisinin heç birindən nə xalq təbabətində, nə də elmi təbabətdə istifadə olunmur. Tibb mütəxəssisləri, əczaçılarımız bu bitkilərin müalicəvi xüsusiyyətlərini araşdırıb, xalqımızın ixtiyarına verməlidirlər. Bir sıra ölkələrin xalq təbabətində adi qurdotundan bəzi xəstəliklərin müalicəsində geniş istifadə olunur. Rus xalq təbabətində bitkidən alman preparatlardan geniş istifadə edilir. 40 q bitkinin ot hissəsindən götürüb 1 litr suya əlavə edilir. Hazırlanmış çaydan bağırsaqlarda əmələ gələn köpmələrdə, qara ciyər xəstəliklərində, sarılıqda, qarğıdalı saçaqları ilə qarışığından hazırlanan dəmləməsindən isə böyrək xəstəliklərində istifadə edilir.

Belarus xalq təbabətində otundan hazırlanmış dəmləməsindən isə işlədici, ödqovucu, sidikqovucu, gözün soyuqlamasında, angina zamanı boğazın qarqara edilməsində, cövhərindən isti halda göbələk xəstəliklərində, çiban, qızdırma vəs. bu kimi xəstəliklərin müalicəsində kompres kimi istifadə edilir (D.K.Qes və başqaları, 1966). Baykalın şərq hissəsində yaşayan xalqlar bitkinin çiçəyindən alınan ekstraktından sidikqovucu vasitə kimi istifadə edirlər. Qəribə burasındadır ki, bitkinin sidikqovucu təsiri bitkini qəbul edib qurtardıqdan 2-3 gün sonra baş verir. Belə ki, bitki orqanizmə tədricən, yavaş-yavaş təsir edir. Tibb praktikasında bitkidən alınan maye ekistraktdan babasilin soyuqlamasında işlədici vasitə kimi istifadə edilir.

Spirtdən alman çıxarışını su hamamının üzərinə qoyub, spirti uçub qovulana qədər buxarlandırılır. Qatı kütlə almandan sonra proses dayandırılır. Sonra almmış qatı məhlulun üzərinə ərinmiş donuz piyi əlavə edilərək, qarışdırılıb maz halma salınır. Həmin mazdan dəridə əmələ gələn qaşınmaların çiban və çivzələrin, qıcıqlanmalann müalicəsində sürtkü kimi istifadə edilir. Bitkidən alınan preparatları klinikalarda smaqdan keçirib onların bağırsaq nasazlıqlarında, köpmədə, ödqovucu, eləcə də bağırsağın və uşaq­lıq yollarının eninə zolaqlı əzələ toxumalarına qıcıqlandırıcı təsiri müəyyən edilmişdir. Bitkinin tərkibindəki peqanın alkoloidindən isə miastetin, miopatenin müalicəsində təsiredici vasitə kimi istifadə edilir .

Bundan başqa xalq təbabətində bitkinin çiçək açan dövründə gövdənin yuxan hissəsini çiçəklə birlikdə kəsib götürərək istifadə edirlər. Bitkidən alınan preparatların köməyi ilə soyuqdəymə, sidikqovucu, işlədici, ağrıkəsici, qurd əleyhinə, eləcə də mədə-bağırsaq sisteminin nizama salınmasında işlədilir. Uşaq və yaşlılarda gecələr sidiyin saxlanmaması, həmçinin qəbizlik, bağırsaq sisteminin zsyiflətnəsi zamanı. 1,5 çay qaşığı həcimində təzə otundan götürüb 1 stəkan qaynar suya töküb 1 saat dəmləyib sonra süzün. Alman dəmləmədən gündə 3-4 dəfə yeməkdən 10-15 dəqqiqə əvvəl 1 xörək qaşığı qəbul edilməsi məsləhətdir. Xolesistii, piyelonefrit, həmçinin sidik kisəsində olan daşların müalicəsində. 2 xörək qaşığı doğranmış təzə otundan götürüb 1 stəkan arağın içərisində 2 həftə saxlayıb süzün. 15 damcı gündə 3 dəfə yeməkqabağı qəbul edin. Hepatitin köpmənin, böyrək mənşəli şişlərin müalicəsində. 3 xörək qaşığı doğranmış təzə otundan götürüb, 0,5 litr qaynar suya əlavə edilir, 1 saat müddətində dəmlənir və sonra süzülür. Alman ekstratdan gündə 3 dəfə yeməkdən yanm saat əvvəl qəbul edilir. Babasilzamanı. 2 hissə doğranmış ot, 3 hissə qunduz və yaxud donuz piyi ilə qarışdırılıb 1 həftə saxlanılır. Sonra qızdırlaraq süzülür. Alınmış açıqyaşıl rəngli mazdan axşamlar şişmiş nahiyəyə sürtülür.

Daxilə isə qızdırılmış mazı tənzifdən hazırlanmış tampona hopturulub soyudularaq anal dəliyinə ehtiyatla yeridilir və 4-5 saat saxlanılır. Əməliyyat gündə 2-3 dəfə təkrar edilir. Prostat vəzinin adenomiyasında. Tampon yeritməzdən əvvəl gecələr anal dəliyinə mazdan sürtülür. 2-ci üsulla mazın hazırlanması. Bərabər miqdarda qurdotu çiçəyi, palıd qabığı, su bibəri götürülür, qarışdıraraq 12 saat ərzində əridilmiş donuz piyində saxlanılır. Qanşiğı tez-tez qanşdırmaq lazımdır. Sonra isə süzülür. Alman məhlul şuşə bankaya tökülür. Bu mazdan tampon şəkilində anal dəliyinə yeridilərək 4-5 saat müddətində saxlanır. Bu əməliyyatdan sonra xəstə şiddətli ağndan və qanaxmadan azad olur.

Müalicəni vəziyyət yaxşılaşana qədər davam etdirmək məsləhətdir. Traxoma zamanı. 1 xörək qaşığı doğranmış təzə otdan götürülüb 1 stəkan qaynar suda yanm saat müddətində dəmlənir. Alman ekstraktla gündə 4-5 dəfə gözlərin yuyulması məsləhətdir. Sifətdə olan çivzələrin təmizlənməsində, bu bitkidən alınan sulu dəmləmə çox böyük rol oynayır.

Diqqət! Bitki zəhərli olduğu üçün ondan istifadə edən zaman qeyd olunan miqdara düzgün riayət etmək lazımdır, Bitkinin çiçəklərindən ilk dəfə olaraq boya ekstrakn hazırlayıb yun ipdə san-nanncı, qızılı-san, parlaq-nanncı, zeytunu-san, tütünü-qonur, yaşıl, açıq-qəhvəyi və s. rəng və çalarlar alınmasına nail olmuşuq.

Saglamolun.Az