Qaraciyər yağlanması son zamanlar dünyada ən çox rast gəlinən qaraciyər problemlərindən biridir.
Daxili xəstəliklər mütəxəssisi Dr. Mücahit Gür bildirib ki, qaraciyərdə anormal yağ yığılması ilə inkişaf edən bu vəziyyət ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
“Alkoqol qəbulu nəticəsində yaranan və digər səbəbələrə görə yaranan qaraciyər yağlanması bir-birindən fərqlənir. Qaraciyər yağlanması sonrakı mərhələlərdə qaraciyərin iltihabına, qaraciyərdə çapıqlar yarana bilər. Qaraciyərin çapıqlanmasına qaraciyər fibrozu da deyilir və ağır qaraciyər fibrozunun inkişafı sirroza səbəb ola bilər”,-deyə mütəxəssis qeyd edib.
Qaraciyər yağlanmasının adətən ilkin mərhələdə əlamətlər göstərmədiyini deyən Dr. Gür bildirib ki, xəstəlik, ümumiyyətlə insanların çoxu fərqində olmadan irəliləyir. Lakin irəliləmiş hallarda qarında ağırlıq və ya şişkinlik, yorğunluq, halsızlıq, dərinin saralması, iştahsızlıq, ürəkbulanma və qusma, qaraciyər nahiyəsində həssaslıq və ağrı kimi simptomlar meydana gələ bilər.
Həkimin sözlərinə görə, həddindən artıq və davamlı spirt istehlakı qaraciyərdə yağ turşularının sintezini artıraraq yağ yığılmasına səbəb ola bilər. Qaraciyər piylənməsi daha çox artıq çəkili və obez insanlarda rast gəlinir. Yüksək qan şəkəri səviyyəsi qaraciyərdə yağ yığılmasına səbəb ola bilər. Yüksək qan trigliserid səviyyələri də qaraciyərdə yağ yığılmasını artıra bilər. Ümumiyyətlə, yüksək karbohidratlı və yağlı qidalanma vərdişləri, oturaq həyat tərzi və genetik faktorlar trigliserid səviyyələrinə təsir edə bilər. Bundan başqa, sürətli arıqlama və aşağı kalorili pəhrizlər qaraciyərdə yağ yığılmasını artıra bilər. Bəzi dərmanlar, xüsusən də uzun müddət istifadə edildikdə qaraciyərdə yağ yığılmasına səbəb ola bilər. Qaraciyər yağlanması müxtəlif amillərin birləşməsindən yarana bilər.
“Qaraciyərdə yağ yığılması insulinin təsirini azalda bilər və tip 2 diabetin inkişafına kömək edə bilər. Yağlı qaraciyər, piylənmə, yüksək qan təzyiqi, yüksək qan trigliserid səviyyələri, aşağı xolesterin səviyyələri və insulin müqaviməti kimi amillərlə birlikdə metabolik sindrom riskini artıra bilər. Metabolik sindrom ürək xəstəliyi, tip 2 diabet və digər sağlamlıq problemləri üçün risk faktorudur”,-deyə həkim əlavə edib.
medicalmedia.az
Saglamolun.Az