Beyin xərçənginin inkişafını ləngidən dərman hazırlanıb.
Uzun müddətdir aparılan təcrübələrin nəticələrinə görə, aşağı dərəcəli qlial şiş hesab edilən xəstələrə verilən dərmanın müalicə almayanlara nisbətən xərçəngin böyüməsini iki dəfə ləngitdiyi aşkarlanıb.
Dünyanın qabaqcıl tibb jurnallarından olan “New England Journal of Medicine”-də dərc edilən bir araşdırmada beynin dəstəkləyici toxuması olan glial hüceyrələrdə əmələ gələn glioma şişlərinin böyüməsini gecikdirən dərmanın xəstələrdə müvəffəqiyyət qazandığı açıqlanıb.
Amerikanın Servier şirkəti tərəfindən hazırlanmış "Vorasidenib" dərmanının uğuru beyin şişi tədqiqatında "böyük irəliləyiş" kimi qiymətləndirilib.
Şirkət 10 ölkədən 331 xəstənin iştirak etdiyi araşdırmada dərmanı hər gün istifadə edən 168 xəstədə xərçəngin irəliləməsi ləngiyib və ya ölüm riski 61 faizə qədər azalıb. Dərman şişin böyüməsini gecikdirərək gənc və nisbətən sağlam olan xəstələrin kemoterapiya və şüa terapiyasına başlamazdan əvvəlki vaxtı uzadır. Bu da radiasiyaya məruz qaldıqda baş verə biləcək yan təsirləri gecikdirməyə kömək edə bilər.
Bu yavaşlamanın səbəbi xərçəng şişinin qan-beyin baryeri olaraq bilinən qoruyucu damar və toxuma təbəqəsini keçə bilməməsidir.
Dərmanın kütləvi şəkildə istifadəsi üçün hələ bir müddət araşdırmalar aparılmalıdır.
medicalmedia.az
Saglamolun.Az