Загрузка...

Türkiyəli stomatoloq dişləri möhkəmləndirməyin və ağız qoxusunu aradan qaldırmağın yollarından danışdı

Ramazan aylarında oruc tutan şəxslər ağız qoxusu və diş problemləri ilə üzləşir.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, türkiyəli diş həkimi Əmrah İpək ağız qoxusunun bir çox fərqli səbəbdən yarandığı deyib. O, Ramazan ayı başlamazdan əvvəl diş həkiminə getməyi və iftarda acılı qidalardan uzaq durmağı məsləhət görüb: "Turş qidaların həzmi asanlaşdırdığı deyilsə də, turşular həm mədədə, həm də dişlərdə ciddi problemlərə səbəb olur və bu, ağız quruluğunun başlıca səbəbidir. İmsakda lifli qidalara üstünlük verin, çünki onlar daha yavaş həzm edildiyindən sizi tox saxlamaq xüsusiyyətinə malikdir. Odur ki, lifli məhsulların həzm etmə sürətinin ləng olması ağız qoxusunun yaranmasının qarşısını alacaq. Sadə şəkərlər və karbohidratlar da ağız quruluğuna və ağız qoxusuna daha çox səbəb olur”.

Həkimin sözlərinə görə, xəstələr diş daşı təmizliyinə xüsusi əhəmiyyət verməlidir: “Çünki diş daşları da ağız qoxusuna səbəb olan hallardan biridir. Dişlərin sağlamlığına təsir edən digər bir amil də tüpürcək formasıdır. Tüpürcək forması adamdan adama dəyişir, tüpürcək dişlərin yuyulmasını təmin edir və korlanmasını əngəlləyən təbii “fırçadır”.

Ramazan ayında da imsak və iftar arasında fasilə çox olduğu üçün tüpürcək ifrazı azalır, nəticədə, ağız quruluğuna və ağız qoxusuna səbəb olur. Təkcə Ramazanda deyil, ümumiyyətlə ağız qoxusuna səbəb olan bakteriyaları tapmaq üçün bir neçə test edilməli və ağız qoxusunun səbəbi müəyyən edilərək həll olunmalıdır.

Turşu nisbəti Ramazan ayında artacağı üçün şirniyyatlardan və sadə şəkərlərdən uzaq dayanaraq, ağız və mədə turşusu balansını tarazlaşdırmaq lazımdır. Bundan savayı, isti şorba içib üstündən də birbaşa soyuq su içmək dişlərə zərər verir və dişlərin çatlamasına səbəb ola bilir. Soyuq içkilərdən isti havalarda imtina etmək mümkün olmursa, isti və çox soyuq içkiləri ard-arda istifadə etməməyə diqqət edin.

İmsakda çox qəhvə və çay da diş minasına zərər verir və bədəndəki su ehtiyatını azaldaraq ağız quruluğuna və ağız qoxusuna səbəb olur”.

Diş üzrə mütəxəssis daha sonra misvakın faydalarından bəsh edib:

“Misvak diş təmizliyi və sağlamlığı baxımından faydalıdır. Oruclu halda misvakdan istifadə etmək olar, lakin qırılmış taxta parçalarını udmamağa diqqət edin. Ramazanda adi diş təmizliyinə də diqqət edilməlidir. Köpüklənən diş pastaları yerinə, köpüklənməyən diş pastalarına üstünlük verilməlidir. Çünki köpüklənən diş pastaları ağızda quruluq yaradır.

İmsakda durmayan şəxslər isə yatmazdan əvvəl dişini yumalı və səhər oyananda da məcunu udmaqdan qorxursa, dişlərini onsuz yumalı və ağzını çalxalamalıdır”.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика