Podaqra xəstəliyi necə müalicə edilir?

Bu gün podaqra xəstəliyi və bu xəstəliyin təbii yollarla müalicəsi barədə danışmaq istəyirik. Podaqra oynaqların xroniki iltihabi xəstəliyidir.

Bu xəstəliyə oynaqlarda urat duzlarının yığılması səbəb olur. Ət və dəniz məhsullarının həddindən artıq istehlakı oynaqlarda güclü ağrı ilə özünü büruzə verən Podaqra xəstəliyinin yaranmasına səbəb olan əsas amillərindən biri hesab edilir. Bu səbəbdən Podaqra xəstəliyindən əziyyət çəkənlər purin baxımından zəngin olan qaraciyər, bulyonlar, dəniz məhsulları, eləcə də qulançar və ya noxud, lobya, mərcimək kimi paxlalılar, arpa lopaları, gül kələm, ispanaq və göbələk kimi qidalar, həmçinin fermentləşdirilmiş içkilər istehlak etməməlidirlər. Bu məhsulların oynaq ağrılarını artırdığı məlum olub. Podaqra sidik turşusu seviyyəsinin artması nəticəsində yarandığı üçün bu xəstəlikdən xilas olmaq istəyənlər sidik turşusu səviyyəsini aşağı salan qidalar qəbul etməlidirlər. Çünkü xəstəliyin müalicəsində dərmanlardan əlavə müəyyən qidalanma rejimi də böyük rol oynayır. Podaqra xəstəliyinin təbii yollarla müalicəsi üçün məsləhət görülən bəzi qidalar belədir:

Alma sirkəsi

Alma sirkəsinin tərkibindəki alma turşusu orqanizmdəki sidik turşusunu parçaladığı üçün podaqra xəstəliyinin müalicəsində faydalı hesab olunur. Bir stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə olunaraq qəbul edilməsi məsləhət görülür.

Limon şirəsi

Limon şirəsi sidik turşusunu neytrallaşdıraraq bədəndən xaric olmasını təmin etdiyi üçün oynaqlarda urat duzlarının artmasının qarşısını alır. Tərkibindəki C vitamini isə sidik turşusunun səviyyəsini aşağı salır. Bunun üçün gündə 1 stəkan suya yarım və ya bir limonu sıxıb içmək kifayətdir.

Gilas

Gilas və böyürtkən növləri orqanizmdə sidik turşusunun azalmasına səbəb olduğu üçün podaqra xəstəliyinin müalicəsində istifadəsi məsləhət görülür.

Quramit şirəsi

Quramit şirəsi qanın qələvilik səviyyəsini tənzimləyərək sidik turşusunu aradan qaldırır.

Tərəvəz şirələri

Tərəvəz şirələrinin müntəzəm və kifayət miqdarda istehlakı ilə podaqra mənşəli ağrılardan xilas olmaq mümkündür.

Cəfəri

Cəfəri bu məqsədlə istifadə edilən tərəvəzlər arasında ilk sırada yer alır. Bu bitki orqanizmdə artıqlaması ilə əmələ gələn sidik turşusunun bədəndən sürətlə xaric olmasını təmin etdiyi üçün qəlyanaltıda limonla birlikdə istifadə edilməsi məsləhətdir.

Zəncəfil və sarıkök

Sarıkökün orqanizmdə sorulma nisbəti az olduğundan gündə 6-8 qram balla qarışdıraraq istehlak edilməlidir.

Sidikqovucu çaylar (Diuretik)

Gün ərzində sidikqovucu çaylar içmək də sidik turşusunun səviyyəsini aşağı salır.

Qarğıdalı saçağı və Qızılsəbət bitkisi

Qarğıdalı saçağı və qızılsəbət bitkisi mənfi təsiri olmayan etibarlı sidikqovucu təbii vasitə olduqları üçün podaqradan əziyyət çəkənlərə faydalıdır.

Alma, banan, soğan, armud istehlak etmələri tövsiyə olunan podaqra xəstələri adi reyhan, lavanda, rozmarin və ardıç yağı da istifadə edə bilərlər. Sözügedən yağlar masaj yağı kimi istifadə olunmalıdır.

Qida sodası

Qida sodası podaqra üçün faydalıdır. Gündə bir stəkan suya bir çay qaşığı qarışdırıb içmək olar. Lakin qan təzyiqindən əziyyət çəkənlər bunu istifadə etməməlidilər.

Kərəviz

Kərəviz də xəstəliyin müalicəsi üçün ən çox tövsiyə edilən bitkilər arasında yer alır. 300 - 350 qram kərəviz 2,5 stəkan suda 6 -7 dəqiqə qaynadılır və naharla şam yeməyindən əvvəl qəbul edilir. Bu, üç ay boyunca davam etdirilir. 

 

TRT

 

Saglamolun.Az