Ürək üçün ən faydalı 3 MƏHSUL

Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Həkimlər təəssüflə qeyd edirlər ki, ildən ilə bu xəstəliklər "cavanlaşır" və son zamanlarda tez-tez cavan insanlarda aşkar olunur.

Ürəyin sağlamlığının qorunmasında qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürək üçün xüsusilə faydalıdır. Bu məhsulları qidalanmaya daha tez-tez daxil edin.

1. Qızılbalıq (losos)

Saglamolun.az bildirir ki, Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Bunun nəticəsində damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.

Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.

2. Ərik qurusu

Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.

3. Badam

Badam "arginin" adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика