Mümkün qədər qocalmamağa çalışan amerikalı milyonçu Brayan Ceyson bu məqsədlə 2 milyon dollar xərcləyib.
45 yaşlı milyonçu əbədi cavan qalmaq üçün hər il 2 milyon dollar xərcləyir.
Qocalma prosesini tərsinə çevirməyə çalışan amerikalı Brayan Conson maraqlı şəkildə oğlunu da bu prosesə qatıb.
Brayan 17 yaşlı oğlunun qanını özünə köçürüb.
İlk olaraq qanköçürmə prosesinin siçanlar üzərində işləyəcəyini yoxlayan səlahiyyətlilər, müsbət təsirləri gördükdən sonra bu prosesə başlayıblar.
Qanköçürmə ilə bağlı insana əsaslanan məlumatların azlığı səbəbindən Los-Ancelesdəki Milli Tibb Mərkəzinin biokimyaçısı Çarlz Brenner Bloomberg bildirib ki, bunun hər hansı bir insan üçün əlverişli bir müalicə olduğunu söyləmək üçün kifayət qədər məlumat yoxdur. Bu çox təhlükəli nəticələr verə bilər.
Yaşlanma prosesini tərsinə çevirməyi qarşısına məqsəd qoyan milyonçu bu prosesi 30 həkimlə apardığını və çox ciddi pəhriz saxladığını açıqlayıb.
Youtube videosunda səhər rejimindən danışan Brayan hər səhər səhər saat 5-də qalxdığını, daha sonra vitamin əlavələri qəbul etdiyi, 1-2 saat idman etdikdən sonra, vegan səhər yeməyi yediyini qeyd edib.
Gecə rejimində isə 2 saat işıq terapiyası tətbiq etdikdən sonra gecə ərzində neçə ereksiya olduğunu ölçən aparata qoşulur.
Brayan Ceyson bütün bunları etməkdə məqsədi beyni, qaraciyəri, böyrəkləri, dişləri, dərisi, saçları, cinsiyyət orqanı və düz bağırsağı da daxil olmaqla, bütün əsas orqanlarının yeniyetməlik, gənclik yaşlarında olduğu kimi çalışmasını təmin etmək olduğunu bildirib.
medicalmedia.az
Saglamolun.Az