Ayaq ağrılarının səbəbini bircə əl hərəkəti ilə öyrənin - VİDEO

İnsanların rahatlığını pozacaq problemlərdən ən başlıcası ayaq ağrılarıdır. Ayaq ağrılarının səbəbini öyrənmək isə olduqca asandır.

Sağlamolun.az xəbər verir ki, bununla bağlı "Baku City Hospital"ın ürək-damar cərrahı Uzm.Dr. Arzu Məmmədov Səhiyyə TV-yə çox asan və maraqlı üsuldan danışıb. 

Həkim bildirib ki, ayaq ağrılarının səbəbini öyrənmək üçün sadəcə pasiyentə ağrıyan yerini əlinlə göstər demək kifayətdir:

"İnsan öz əlləri ilə ayağın iç tərəfini göstərirsə, bu daha çox hallarda damar xəstəliyi əlamətidir. İnsan öz əlini qaldırıb topuq hissəsini və ya dizinin üstünü göstərirsə, bu oynaq xəstəliklərindən xəbər verir. İnsan əlini qaldırır və ayağının çöl hissəsini göstərirsə, bu da sinir mənşəli ağrılara işarədir. Əslində hər şeyi əl həll edir. Ayda təxmini 300-400 xəstə görən bir həkim kimi deyirəm ki, bu üsul 90 % hallarda doğrudur". 

Saglamolun.Az