Ciddi tədbirlər görülməzsə, quş qripi növbəti epidemiya olacaq

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) baş direktoru Monique Eloit hökumətləri quşların quş qripinə qarşı peyvənd edilməsinə ciddi yanaşmağa çağırıb.

Quş qripi səbəbiylə milyonlarla ev quşunun tələf olduğunu xatırladan Eloit bildirib ki, vaxtında lazımi tədbirlər vaxtında görülməzsə, maddi ziyanın qat-qat artacaq.

"Biz hər bir ölkənin epidemiyanın reallığını tam başa düşdüyü bir Covid-19 böhranından çıxırıq. İndi infeksiyalar beynəlxalq ticarətlə məşğul olan hər bir ölkədə baş verir, bəlkə də xəstəliyin qarşısını almaq üçün əsas vasitə olaraq qalan sistematik məhvetmə ilə yanaşı peyvəndi müzakirə etməyin vaxtı gəlib çatıb”,- deyə direktor qeyd edib.

Onun sözlərinə görə, quş qripi yoluxmuş köçəri vəhşi quşlardan keçdiyi üçün peyvənd açıq havada gəzən quşlara, xüsusən də ördəklərə yönəldilməlidir.

Təşkilatın araşdırmasına görə, üzv ölkələrin yalnız 25 faizi peyvənd edilmiş quş ətinin idxalına icazə verməyə razıdır. Quş əti ixracında birinci yerdə olan Avropa İttifaqı ölkələri bu strategiyanı blok şəklində həyata keçirsələr, daha yaxşı olar.

Epidemiyanın yayılma sürətinin kifayət qədər yüksək olduğuna diqqət çəkən elm adamlarına görə, bir quş bu virusa 100-ə qədər quş yoluxdura bilər.

Qeyd edək ki, Avropa təxminən 1,5 ildir ki, quş qripinin ən ağır dalğası ilə mübarizə aparır. Epidemiya səbəbindən 5 milyondan çox ev quşu məhv edilib.

medicalmedia.az 

Saglamolun.Az