"Əgər təsadüfi müayinə zamanı sizdə virus hepatitləri ( hepatit b və ya hepatit c) aşkarlanıbsa, sonrakı etabda mütləq həkimə müraciət etməlisiniz".
Bu sözləri "Baku City Hospital"ın həkimi, ümumi cərrah, elastoqrafiya mütəxəssisi, T,Ü,F,D Sevinc Salahova Sağlamolun.az-a danışarkən deyib.
Həkim bildirib ki, həkiminiz sizə bu virusların miqdarını və genotipin təyin edən analizlərə göndərəcək:
"Qaraciyər sınaqları dediyimiz analizlərdən keçməlisiniz. Qaraciyərin funksyasın yoxlayan və nəticədə qaraciyərdə problem olub-olmadığını bizə göstərən ALT, AST, QF, bilrubin, əlavə olaraq inustromental müayinələrdən keçməlisiniz. Bunlara USM müyinəsi və elastoqrafiya müayinəsi daxildir".
Həkimlə əlaqə saxlamaq üçün 050 315 17 17 mobil nömrəsinə zəng edin!
Saglamolun.Az