Ağ dəri, sarı saç və mavi gözlər əksər insanlar üçün gözəllik ifadə etsə də, bu xüsusiyyətlərin yaratdığı risklərdən xəbərdar olmaq və tədbir görmək lazımdır.
Mütəxəssislər bu insanların dəri xərçənginə tutulma riskinin yüksək olduğunu bildirirlər. Bu səbəbdən də erkən diaqnoz və nizamlı nəzarətin vacibdir.
May ayı hər il “Dəri xərçəngi haqqında məlumatlandırma ayı” kimi qeyd olunur və xərçəngin bu növü geniş yayılmış növlərdən sayılır. Türkiyənin Sağlamlıq Elmləri Universiteti Gülhanə Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər üzrə müəllimi professor Ülker Gül bununla bağlı məlumat verib.
“Dəri xərçəngləri yarandıqları hüceyrəyə görə adlanır. Buna əsasən, dərinin keratinosit hüceyrələrindən əmələ gələn xərçənglər toplu olaraq “qeyri-melanoma dəri xərçəngləri”, melanosit hüceyrələrindən əmələ gələn xərçənglər isə “melanoma” adlanır. Qeyri-melanoma dəri xərçəngləri dünyada ən çox görülən xərçəng növləri arasındadır. Bu xərçəng növü bazal hüceyrə və skuamöz hüceyrəyə bölünür. Melanoma olmayan dəri xərçənglərinin 75%-ni bazal hüceyrəli xərçəngi, 25%-ni isə skuamöz hüceyrəli xərçəng təşkil edir”,- deyə həkim qeyd edib.
Bu xərçənglərin inkişafında rol oynayan risk faktorları aşağıdakı kimi sıralanır:
- Açıq dərili, mavi gözlü, sarışın və ya qırmızı saçlı olmaq
- Günəş şüası ilə dərinin rənginin qaralmaması
- Ultrabənövşəyi B (Yerə çatan UV şüasında UVB miqdarının artması ilə paralel olaraq dəri xərçənglərinin sayı da artır.)
- Ailədə dəri xərçənginin olması
- Xəstəyə keçmişdə dəri xərçəngi diaqnozunun qoyulması
- Bəzi genetik xəstəliklərin olması
- İmmunitet sisteminin daxili orqan xərçəngi, orqan transplantasiyası, xərçəng dərmanlarının istifadəsi kimi faktorlarla yüklənməsi
- Arsenik, tar, qatran, aromatik karbohidrogenlər kimi xərçəngə səbəb olan kimyəvi maddələrlə təmasda olmaq
- Yanıq, çapıq kimi toxumalarının olması
- Günəş keratozu, Bowen xəstəliyi, xərçəngə səbəb olan leykoplakiya kimi dəri tapıntılarının tapılması
- Genital bölgədəki ziyillər (insan papilloma virusu), rentgen şüaları və dəriyə uzun müddət təkrarlanan istilik tətbiqləri.
Mütəxəssis bildirib ki, melanomalar əvvəlcə qəhvəyi/qara rəngli ləkələr və ya qabarıqlar şəklində özünü göstərir. Qəhvəyi/qara rəngli ləkələr və ya şişlik kimi əlamətlər asimmetrikdirsə, sürətlə böyüyürsə, müxtəlif rənglərə malikdir və çapıq əmələ gəlirsə, melanomadan şübhələnmək və mütəxəssisə müraciət etmək lazımdır.
Sevinc Hüseynova
Saglamolun.Az