Hərəkət etdikdə dizlərinizdən gələn səsin səbəbi – TƏHLÜKƏLİDİR?

Gəzərkən və ya hərəkət edərkən dizinizdən gələn səs sizi narahat edirsə, bu yazını diqqətlə oxuyun. Türkiyəli Regenerativ Tibb Mütəxəssisi Aşkın Nəsırcılar bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, dizdən gələn səs qaçarkən, pilləkən qalxarkən normal hesab edilir.

Belə hərəkətlərdə diz quruluşu uyğun vəziyyətdə olmadığı zaman yumşaq toxumalarla təmasda və ya bağlar səbəbiylə gərginlik yaşanır və diz ətrafındakı vətərlərin yerində oturmaması səbəbindən səs əmələ gəlir. Amma oynaqlardan gələn səslər ağrı, şişlik və göyərmələrin fonunda müşahidə edilirsə, mütləq müayinə olunmaq lazımdır. Çünki bu zaman yaranan səsin səbəbi müxtəlif ola bilər. Məsələn, ön çarpaz və ya yan bağ yaralanmaları, menisk yırtıqları, diz qapağı qığırdaqlarının əhənglənməsi və xarab olması müşahidə edilə bilər. Mülalicə mütləq həkim nəzarəti altında aparılmalıdır.

  • Bununla əlaqədar bir neçə müalicə üsulu var:
  • Məşqdən sonra buz tətbiq etmək
  • Fizioterapiya və reabilitasiya
  • Əməliyyat
  • SVF (Stromal Damar Fraksiyası)
  • Mezenximal hüceyrə terapiyası

Həkimin sözlərinə görə, dizlə bağlı problemlərdən qaçınmaq üçün ən əhəmiyyətli məsələ artıq çəkidən azad olmaqdır. Arıqlamaq mümkün olmasa belə, diz əzələləri güclü olmalıdır. Ona görə də isinmə və gərmə hərəkətlərini yarımçıq qoymadan məşq etmək lazımdır. Ümumiyyətlə dizdən gələn səs ağrı və şişkinliyə səbəb olmazsa, xüsusi müalicə tələb olunmur. Ancaq bunun əksini yaşayırsınızsa, dizinizdən gələn bu səsə diqqət yetirin.

Mütəxəssis qeyd edib ki, hərəkət zamanı oynaq mayeləri sümüklər arasındakı boşluğa daxil olur və kiçik qaz baloncukları əmələ gətirir. Bu vəziyyətdə diziniz əyildikdə və ya hərəkət etdikdə, baloncukların bir hissəsi partlayır və çatlama səsi eşidilir.

Sevinc Hüseynova

Saglamolun.Az