İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan minimal məbləğlə həyata keçirilən bəzi cərrahi tibbi xidmətləri təqdim edirik:
- Göz qapağında və ətrafında kəsiyin aparılması – 50 AZN
- Konyuktivadan pərçimlənmiş yad cismin kəsik vasitəsilə çıxarılması – 30 AZN
- Buynuz qişadan pərçimlənmiş yad cismin maqnit vasitəsilə çıxarılması – 35 AZN
- Xarici qulağın kəsiyinin tikilməsi – 50 AZN
- Burun qanaxmasının dayandırılması, ön nazal tamponun yerləşdirilməsi vasitəsilə - 50 AZN
- Burnun kəsiyinın tikilməsi – 60 AZN
- Tüpürcək vəzi axarının zondlanması – 50 AZN
- Dodaq cırılmasının tikilməsi – 30 AZN
- Damaq cırılmasının tikilməsi – 50 AZN
- Arterial kateterizasiya – 25 AZN
- Venoz kateterizasiya, başqa cür müəyyən edilməyib – 15 AZN
- Qida borusunun qapalı [endoskopik] biopsiyası – 50 AZN
- Mədənin qapalı [endoskopik] biopsiyası – 50 AZN
- Periton boşluğuna yerli təsir göstərən terapevtik maddənin inyeksiyası – 19 AZN
- Toxum kisəciklərin perkutan aspirasiyası (Toxum kisəciklərin aspirasiyası /punksiya) – 35 AZN
- Servikal kanalın genişləndirilməsi (Servikal dilatasiyası) – 19 AZN
- Uşaqlıq boynu toxumasının və ya zədələnmiş sahəsinin kəsilməsi və destruksiyasının digər növləri (Uşaqlıq boynu eroziyasının dərmanla yandırılması) – 23 AZN
- Hamiləliyi pozmaq məqsədilə uşaqlığın aspirasion küretajı (Doqquz həftəsinə qədər abort) – 50 AZN
- Birtərəfli vulvektomiya – 23 AZN
- Radikal vulvektomiya – 35 AZN
- Artrosentez (oynağın punksiyası) – 35 AZN
- Sinovial kisənin aspirasiyası (punksiya) və digər yumşaq toxumaların aspirasiyası (punksiya) – 23 AZN
- Ağızdan kəsik aparılmadan intraluminal yad cismin çıxarılması - 10 AZN
- Düz bağırsaq və anusdan kəsik aparılmadan intraluminal yad cismin çıxarılması – 15 AZN
- Qulaqdan kəsik aparılmadan intraluminal yad cismin çıxarılması – 10 AZN
- Burundan kəsik aparılmadan intraluminal yad cismin çıxarılması – 10 AZN
- Süni stomadan kəsik aparılmadan intraluminal yad cismin çıxarılması – 15 AZN
- Gözdən kəsik aparılmadan yad cismin çıxarılması – 10 AZN
- Pəncədən kəsik aparılmadan yad cismin çıxarılması – 10 AZN
- Əldən kəsik aparılmandan yad cismin çıxarılması – 10 AZN
- Xayalıq və ya penisdən kəsik aparılmadan yad cismin çıxarılması – 20 AZN
Xüsusi qeyd:
Əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir
Anesteziya stasionar tibbi xidmətin tarifinə daxildir
Reanimasiya və stasionarda yatış tibbi xidmətin tarifinə daxildir
Yatış zamanı /əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf tibbi xidmətin tarifinə daxildir
Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər) tibbi xidmətin tarifinə daxildir.
2.6.139 saylı tibbi xidmət münasibətində, XBT-09 kodu 20.98 cərrahi prosedurunda istifadə olunan koxlear implant sisteminin (implant (daxili cihazın) və prosessorun (üst cihazın) (**4)) texniki göstəriciləri aşağıdakılardır:
İmplant (daxili cihaz) : aktiv elektrod sayı minimum 22 ədəd olan çox kanallı olmalı, maqnit induksiya vahidi 1.5 Tesla -3.0Tesla arasında olan MRT müayinəsi olunmaq imkanı, az travmatik olması üçün uc hissəsinin qalınlığı maksimum 0.3 mm, bazal hissəsinin qalınlığı maksimal 0.6 mm olmalıdır;
Nitq prosessoru (xarici cihaz) iki növdə ola bilər. Nitq prosessorunun texniki göstəriciləri aşağıdakı kimi olmalıdır:
İmplantla (daxili cihazla) rabitəni təmin edən cihazdan, birləşdirici naqildən və aksesuarlardan ibarət olan qulaq arxasına yerləşdirilən prosessordan ibarət olmalı, iki ədəd təkrar doldurula bilən batareyaya, İP 57 beynəlxalq mühafizə dərəcəsinə, iki ədəd fərqli istiqamətli mikrofona, məlumatların qeydiyyatı (Data logging) xüsusiyyətlərinə malik olmalıdır.
İmplantla (daxili cihazla) rabitəni təmin edən naqilsiz, baş hissəsinə yerləşdirilən tək hissəli nitq prosessorundan ibarət olmalı, İP 54 beynəlxalq mühafizə dərəcəsinə, iki ədəd fərqli istiqamətli mikrofona, məlumatların qeydiyyatı (Data logging) xüsusiyyətlərinə malik olmalıdır.
Cihazı (koxlear implant sistemini) təmin etmiş şirkət tərəfindən əməliyyatdan sonraki 12 (on iki) ay müddət ərzində ən azı 3 (üç) dəfə cihazda səsin tənzimlənməsinin həyata keçirilməsi, sığortaolunana 36 (otuz altı) seans loqoped və 36 (otuz altı) seans (psixoloq) xidmətinin göstərilməsi təyin edilmiş xidmətin tarifinə daxildir.
Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi tibbi xidmətin tarifinə daxildir. Angioqrafiya, kompyüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası tibbi xidmətin tarifinə daxil deyildir
Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər tibbi xidmətin tarifinə daxildir
Sevinc Hüseynova
Saglamolun.Az