Xərçəngin müalicəsində kimyaterpiyaya ehtiyac qalmayacaq – QAN TESTİ İLƏ MÜALİCƏ

Böyük Britaniyada sınaqdan keçirilmiş xərçəng hüceyrələrinin izlərini aşkar edə bilən qan testi hər il minlərlə xəstəni lazımsız kimyaterapiyadan xilas edə bilər.

Ölkədə təxminən 1600 bağırsaq xərçəngi xəstəsini əhatə edən bir araşdırma həyata keçirilir. Bu tədqiqat əməliyyatın bütün şişi çıxara biləcəyini göstərmək üçün testin qabiliyyətini araşdırır.

Həkimlərin fikrincə, 3-cü mərhələdə bağırsaq xərçəngi olan xəstələrin yarısı yalnız əməliyyatla sağalır, buna görə insanların ilk mərhələdə kimyaterapiya edilməsi doğru deyil.

Standart müalicə şiş hüceyrələrini təmizləmək və xərçəngin geri qayıtma riskini azaltmaq üçün kemoterapi təyin edir.

Bununla belə, bağırsaq xərçəngində istifadə edilən kimyəvi terapiya olan oksaliplatin adlı dərman əllərdə və ayaqlarda ağrılı sancmalar və uyuşmalara səbəb ola bilər. Buna görə də, test effektiv hesab edilir. Sözügedən qan testi ilə xərçəngin orqanimzdə təsiri aşkarlamaq mümkündür. Qan testləri qan dövranında xərçəngin mikroskopik izlərini axtarır. Bu əlamətlərin olması xəstənin əməliyyatla sağalıb sağalmadığını göstərir. Mütəxəssislərin sözlərinə görə, həddindən artıq müalicəyə son qoymaq və müalicə xərclərini azaltmaq üçün bu metod çox önəmlidir.

Bundan sonra, tədqiqatçılar standart kemoterapiya müalicəsi alan xəstələrlə qan testi ilə bu müalicədən yan keçən xəstələr arasında üç ildən sonra sağ qalma nisbətlərində fərq olub-olmadığını araşdıracaq. İngiltərədə ağciyər və süd vəzi xərçəngi xəstələrini eyni şəkildə izləmək üçün də sınaqlar davam edir.

Sevinc Hüseynova

 

Saglamolun.Az