Dünyada sonsuzluq sürətlə artır - DƏHŞƏTLİ STATİSTİKA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada hər altı nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyini açıqlayıb.

ÜST daxilində sonsuzluqla bağlı araşdırmalar aparan Doktor Gitau Mburu, qiymətləndirmələrə görə ömür boyu sonsuzluğun qlobal yayılmasının yüzdə 17,5 olduğunu və bunun hər 6 adamdan 1-nin həyatı boyu sonsuzluq problemi yaşadığı anlamına gəldiyini bildirib.

Sonsuzluğun ömür boyu davam etməsi ölkələrin gəlir vəziyyətinə görə də dəyişir. Ömür boyu sonsuzluğun yayılması yüksək gəlirli ölkələrdə 17,8 faiz, aşağı və orta gəlirli ölkələrdə isə 16,5 faizdir.

ÜST ekspertlərinin fikrincə, sonsuzluq gəlir bölgüsü ilə çox az əlaqəli olsa da, dünyanın müxtəlif yerlərində müxtəlif dərəcələrdə müşahidə edilir.

Dünyada sonsuzluq nisbətinin ən çox olduğu bölgə 23,2 faiz ilə Qərbi Sakit Okean əraziləri, ən aşağı olduğu isə 10,7 faiz ilə Şərqi Aralıq dənizi bölgəsidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanların gənc yaşlarda uşaq sahibi olmaq istəməməsi də burada önəmli faktordur.

Sevinc Hüseynova

 

Saglamolun.Az