"Biz ginekoloqlar hamiləlik planlayan xanımlara hamiləlikdən öncə diş həkiminə, yəni, stomatoloqlara müraciət etmələrini məsləhət görürük".
Bu sözləri "Baku City Hospital"ın mama-ginekoloqu Gülnar Əliyeva Sağlamolun.az-a danışarkən deyib.
O bildirib ki, hamiləlikdə artan hormonların təsiri altında diş əti şişməsi, çürüklərinə və qanamalarına tez-tez rast gəlirik:
"Lakin hamiləlik zamanı diş ağrısı olarsa, yerli, adrenalinsiz ağrıkəsicilərlə dişiniz üçün pulomp qoyulması, kanal müalicəsi və hətta diş çəkilməsi belə icra oluna bilər. Bu zaman hamiləlik üçün uyğun olan antibiotiklərdən də istifadə edə bilərsiniz. Ümumiyyətlə hamiləlikdə dişiniz ağrıyarsa, parasetamol tərkibli ağrıkəsicilərdən istifadə etməyiniz tövsiyyə olunur".
Həkimlə əlaqə saxlamaq üçün 050 451 70 70 mobil nömrəsinə zəng edin!
Daha ətrafı videodan izləyin:
Saglamolun.Az