Avropada qadınlar uşaqlarının atası olaraq danimarkalı kişiləri seçirlər.
Statistikaya əsasən, Avropada hamilə qalmaq üçün istifadə edilən spermaların 60 faizi Danimarkadakı müəssisələrdən gəlir.
Məsələn, Belçikada süni mayalanma ilə doğulan hər 10 uşaqdan 6-nın bioloji atası danimarkalıdır. İngiltərədəki klinikalarında istifadə edilən bütün spermaların beşdə biri Danimarkadan gəlir.
“The Irish Times” qəzetinin məlumatına görə, Danimarkada bağışlanan spermaların 90 faizi Avropa ölkələrinə gedir.
Danimarkadakı sperma bankları nə qədər ixrac etdikləri ilə bağlı ətraflı rəqəmləri paylaşmasalar da, əsas pay Avropa ölkələridir.
Ölkənin ən böyük iki sperma bankı gələcək analara geniş bir fenotip palitrası təklif edir. Bu müxtəlifliyin səbəbi, bu bankların Almaniya, İngiltərə, Hollandiya və Kipr kimi Avropanın digər bölgələrində filiallar açması və orada uyğun donorlar tapmasıdır.
Xüsusilə bioloji cəhətdən yaşlanmış və ana olmaq şansı azalmış və ya partnyoruna görə uşaq sahibi ola bilməyən bir çox qadın bu üsula müraciət edə bilər.
Qadınların övlad sahibi olmaq üçün danimarkalı kişiləri seçməsinə bir neçə səbəb var. Onlardan biri buradakı donorlar haqqında ətraflı məlumat mövcuddur. Digər donorlarda sadəcə saç, göz, dəri rəngi, bədən quruluşu barədə məlumat yer alır.
Danimarkadan gələn donorların isə faylında əl yazısı və səs nümunələri, o cümlədən şəxsin uşaqlıq fotoşəkilləri və digər xarakterik göxstəiriciləri haqqında məlumatlar var. Qadınlar dünyaya gələcək uşağın böyüdükdə bioloji atası ilə maraqlandıqda bu məlumatların əhəmiyyətli olduğunu düşünürlər.
Avropa Sperm Bankının statistikasına əsasən, hazırda Danimarkada doğulan uşaqların yüzdə birindən çoxu donor sperma ilə doğulur. Bu, digər Avropa ölkələri arasında ən yüksək faizdir. Sperma donorluğu Danimarkada uzun müddətdir mnövcuddur. Burada ilk sperma bankı 35 il əvvəl yaradılıb. O vaxtdan bəri danimarkalılar sperma donorluğunu mədəniyyətin bir hissəsinə hesab edirlər.
Bir çox digər Avropa ölkələrindən fərqli olaraq, Danimarka qanunvericiliyi sperma banklarına sərbəst şəkildə reklam etməyə icazə verir. Məsələn, gənc danimarkalılar Instagram və ya Youtube reklamları vasitəsilə hədəflənir. Hər bir sperma ianə üçün donorlar ödəniş və fitnes abunəsi alırlar. Hər ianə üçün 40 avrodur. Sperma donoru olacaq şəxsin sağlamlığı ilə bağlı çoxsaylı analizlər aparılır, kriteriyalara ən uyğun olanlar seçilir. Bu da təxminən, müraciət edənlərin 5 faizini təşkil edir.
Saglamolun.Az