Bu immuniteti və ürəyi gücləndirmək üçün əla vasitədir. Quru ərik, kişmiş və qozda çoxlu kalium ionları var. Kalium ürəyin ritmik işləməsi üçün lazımdır.
Sağlamolun.az hazırlanma qaydasını təqdim edir:
Bunun üçün bizə lazımdır:
- üç limon;
- 200 q gavalı;
- 200 q kişmiş;
- 200 q quru ərik;
- 200 q qoz;
- 100 q yemişan;
- 100 q itburnu.
Bütün bunları ətçəkən maşında çəkmək lazımdır. Sonra bu qarışığa 250 q bal əlavə etmək lazımdır. Daha sonra qarışdırıb 10 gün soyuducuya qoyun.
Bu şəkildə tətbiq edin: Hər gün boş mədəyə 1 yemək qaşığı yeyin. Dadlı, xoş və sağlamlıq dolu vasitədir.
Saglamolun.Az