Загрузка...

Bu aparatlar təzyiqi düzgün ölçürmü? - Səhvlər açıqlandı

Əksər hipertoniyadan əziyyət çəkən insanların istifadə etdiyi təzyiq ölçən aparat – ev tonometrləri çox vaxt düzgün işləmir.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı kanadalı alimlər yayıb.

Kanadalı alimlər evdə təzyiq ölçən tonometr cihazları üzərində 1 illik tədqiqatlardan sonra bu nəticəyə gəliblər ki, 70% aparatlar düzgün olmayan rəqəmlər göstərir və insanları çaşdırır. Bu isə ağır təzyiq xəstələri üçün çox təhlükəlidir. Təzyiqin monitorinqi kritik vəziyyəti düzgün qiymətləndirməlidir ki, xəstəni ölümdən xilas etmək mümkün olsun. Bu isə evdə təzyiq ölçməyə adət etmiş insanlar üçün risklidir. 5-10 mm fərqdə aşağı və ya yuxarı rəqəm göstərən tonometrlər xəstəni və həkimi yanıldır.

Tonometrlə düzgün davranmamaq, əl-qolun hərəkəti, manjetin bərkidilməməsi, pasiyentin çəkisi, emosional vəziyyəti belə rəqəmə təsir edir. Yəni xəstə özü tonometrlə düzgün davranmaya bilər.

Ev tonometrləri ilə təzyiq ölçərkən bunlara mütləq əməl etmək lazımdı:

- Qolunuzu havada tutaraq yox, bərk hamar səthə qoyaraq ölçün.

- Təzyiqi ölçərkən sakit olun, tərpənməyin, danışmayın.

- Cihazın manşeti ürək bərabərində olmalıdır. Əgər aşağı olsa, təzyiq yüksək göstərəcək.

- Manjet köynək və geyim üzərindən bağlanmamalıdır.

- Çəkinizə və qolunuzun ölçülərinə uyğun manjetlər seçin.

- İldə bir dəfə aparatımızı kliniki təzyiq aparatı ilə müqayisə etməklə yoxladın.

- Təzyiqi 2 dəfə ölçün, hər dəfə 7 dəqiqə fasilə verməklə. Bu əzələ və damarların əvvəlki vəziyyətinə qayıtmasın üçün lazım olan vaxtdır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика