Ürək-damar xəstəlikləri və qanazlığına qarşı 5 təbii vasitə

Ürək-damar xəstəlikləri, habelə ürək çatışmazlığı zamanı inciçiçəyi tinkturası yaxşı təsir edir.

Hazırlanma qaydası:

Qurudulmuş bitki hissəsi xırdalanıb həvəngdə toz halına salınır. I hissə bitki tozuna 10 hissə spirt əlavə edib çalxalamaqla 7 gün saxlanılır, sonra süzülür. Gündə 1-2 dəfə, hər dəfə 15-20 damcı qabul edilir.

Ürək-damar xəstəlikləri zamanı çaytikanı şirəsi qəbul etmək müsbət təsir göstərir.

Hazırlanma qaydası:

Sentyabr-oktyabr aylarında toplanmış çaytikanı meyvələrini ilıq suda yuyub şirǝsıxanda sıxmalı, 1:2 nisbətində şəkər tozu ilə qarışdırmalı. Gündə 3 dəfə desert qaşığı ilə çaya salıb içməli.

Ürək-damar pozğunluqlarını dazıotu dəmləməsi (çayı) ilə aradan qaldırmaq olar.

İstifadə qaydası:

Günda 1-2 dəfə çay kimi içilir.

Tut meyvəsini təzə-təzə yedikdə ürək ağrılarının azalmasına, ürək döyüntüsünün normallaşmasına, iş qabiliyyətinin və təngənəfəsliyin yaxşılaşmasına kömək edir.

Ürək-damar xəstəliklərinə qarşı gül və nanə şərbətləri yaxşı təsir edir.

Hazırlanma qaydası:

0.5 kilogram gül ləçəyinin üzərinə 1 çay qaşığı limon cövhəri və 3 litr qaynanmış isti su töküb arabir qarışdırmaqla 2 gün sərin yerdə saxlamalı. Sonra şirəni sıxıb ayırmalı, üzərinə 4-5 kilogram şəkər tozu va 2 litr su əlavə edərək zövqə uyğun qatılıq alınana qədər qaynatmalı.

Alınan şərbəti şüşələrə doldurub sərin yerdə saxlamalı.

Dozası:

Yeməkdən yarım saat avval 1 xörək qaşığı içməli.

 

Sevinc Hüseynova 

Saglamolun.Az