Bunlara əməl etsəniz, sevgiliniz sizdən ayrılmayacaq!

Uzun və sağlam bir əlaqə üçün münasibətin ilk 3 ayında ediləcək 10 məqam:

  1. Partnyorunuzla hissləriniz də daxil olmaqla, bütün məsələlər haqqında açıq danışın. Siz də onu mütləq dinləyin.
  2. Qarşınızdakı şəxs sizə gələcək planları haqqında danışırsa, bu münasibətinizin uzunmüddətli olacağına işarədir.
  3. Münasibətlərdə ən vacib məqam partnyorunuzla zövqlərinizin üst-üstə düşməsidir. Siz nələri istəyirsiniz, o nələr arzulayır, mütləq buna diqqət edin.
  4. Hörmət hər bir münasibətin təməli olmalıdır. Siz və partnyorunuz bir-birinizə hörmət etməlisiniz. Qərarlarınıza və seçimlərinizə hörmət etməyən biri ilə sağlam münasibət qurmaq çətindir. Əgər o, davamlı olaraq sizi qınayır, tənqid edirsə, bu, sizə hörmət etmədiyinə işarədir.
  5. Əgər uzunmüddətli münasibət istəyirsinizsə, səmimi olun. Özünüzü başqası kimi göstərərək onu heyran etsəniz belə, bir müddət sonra öz kimliyiniz aşkar olacaq. Bu da münasibətə zərbə vura bilər. Bundan əlavə qarşınızdakı insanı da olduğu kimi qəbul edin. Onu dəyişdirməyə çalışmaq və beyninizdəki insan kimi olmasını istəmək münasibətinizi bitirə bilər.
  6. Bütün mübahisələri davaya çevirməyin. Gərgin vəziyyətlər yaratmayın, problem sakit formada həll etməyə çalışın. Təbii ki, mübahisələr hər münasibətdə baş verə biləcək haldır, lakin hər dəfə bunu böyük bir davaya çevirmək münasibəti zədələyir.
  7. Güvən olmadan münasibəti sağlam şəkildə davam etdirmək mümkün deyil. Daim şübhə içində olmaq münasibəti pisləşdirir, inamı azaldır. Qarşınızdakı insanın sizə güvənməsindən və sizin ona tam şəkildə inanmanızdan əmin olun.
  8. Münasibətinizdə şəxsi sərhədlərin olması çox vacibdir. Sevgili olsanız belə, hərə bir ayrı fərd və şəxsiyyətdir. Bu sərhədləri qoymaq mütləqdir. Özünüzlə bağlı qərarları özünüz verı bilməniz çox önəmlidir.
  9. Tez-tez küsüb, ayrılıb, yenidən barışmaq da münasibəti soyudur. Bütün mübahisələri ayrılma həddinə çatdırmaq yersizdir. Ayrı qalmaq müddəti çoxalarsa, münasibətlər zədələnər.
  10. Birlikdə daha çox vaxt keçirmək, xatirələr yaratmaq insanları bir-birinə bağlayır. Əgər bir müddət sonra ayrı yerdə yaşamaq planınız varsa, öncədən bunu bəlli etməli və münasibəti bitirməlisiniz. Uzaq məsafələr münasibətə pis təsir edir.

Sevinc Hüseynova 

 

Saglamolun.Az